Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 485

 Bakı şəhəri, 28 noyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən   müavinətin  hesablanması  və   ödənilməsi   haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58,
№ 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008,
№ 2, maddələr 114, 129, 130, № 9, maddə 853, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 74-cü hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 “Uşağın anadan olmasına görə müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.”.

2.  91-ci hissə  aşağıdakı redaksiyada verilsin:

“91. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə,  dəfn üçün müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.”.

3. 97-ci hissədə, 99-cu hissədə (hər iki halda), 114-1-ci hissənin altıncı, yeddinci abzaslarında, 114-2-ci hissənin yeddinci  abzasında (hər iki halda), 120-ci hissədə, 121-ci hissədə (hər iki halda), 123-cü hissənin ikinci abzasında ismin müvafiq hallarında “yerli orqanları” sözləri ismin müvafiq hallarında “şəhər (rayon) şöbələri” sözləri ilə əvəz edilsin.

4. 113-cü hissənin dördüncü abzasında, 114-1-ci hissənin birinci abzasında, 114-2-ci hissənin səkkizinci abzasında, 116-cı hissənin birinci abzasında, 117-ci hissənin dördüncü abzasında ismin müvafiq hallarında “yerli orqanı” sözləri ismin müvafiq hallarında “şəhər (rayon) şöbəsi” sözləri ilə əvəz edilsin.

5. Əsasnaməyə 1-5 nömrəli əlavələrin mətnində “yerli orqanlarına” sözləri “şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında