Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 487    

Bakı şəhəri, 28 noyabr 2016-cı il

 

“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan    Respublikası    Nazirlər    Kabinetinin    2008-ci   il 14 oktyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR :

“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931; 2009, № 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası” üzrə:

1.1.  2-ci hissənin üçüncü abzasının birinci cümləsində “müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərir.” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) göndərir.” sözləri ilə, ikinci cümləsində “Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri “Şöbələr” sözü ilə əvəz edilsin;

1.2. 3-cü hissədə, 5-ci hissənin ikinci cümləsində, 7-ci hissənin ikinci abzasında ismin müvafiq hallarında “rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilsin;

1.3. 5-ci hissənin birinci cümləsində və 7-ci hissənin birinci abzasının üçüncü cümləsində “Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri “Şöbələr” sözü ilə əvəz edilsin;

1.4. Qaydaya əlavə - “Ərizə” formasında “ ____şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun____ şəhər (rayon) şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması” üzrə:

2.1. 1-ci hissədə “Nazirliyinin _____ şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_____ şəhər (rayon) şöbəsi” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissədə “_____şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ______şəhər (rayon) şöbəsi” sözləri ilə əvəz edilsin;

2.3.  3-cü hissədə “şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzində” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsində” sözləri ilə, “mərkəz” sözü  “şəhər, rayon şöbəsi” sözləri ilə və “Nazirliyinin_____ şəhər (rayon) ƏSMM-in direktoru” sözləri “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_____ şəhər (rayon) şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında