Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 478   

  Bakı şəhəri, 23 noyabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin  Nümunəvi Nizamnaməsi”ndə  dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1649; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 398 nömrəli qərarı) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.10-cu bənddə “əmrlərini, kollegiyasının qərarlarını” sözləri “, tabeliyində olduğu dövlət orqanının əmrlərini, qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ­yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əmr və göstərişlərini” sözləri ilə əvəz edilsin.

2. 9.1.3-cü yarımbənddən “ilk peşə-ixtisas təhsili müəssisələrində müəyyən edilmiş qaydada monitorinq keçirmək və” sözləri çıxarılsın.

3. 9.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.9-cu və 9.1.10-cu yarımbəndlər əlavə edilsin:

“9.1.9. qanunvericiliyə uyğun keçirilən monitorinqlərə şərait yaratmaq;

9.1.10. tədris prosesini təşkil etmək.”.

4. 9.2.4-cü yarımbənd ləğv edilsin.

5. 14.3-cü bənddə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sözləri “tabeliyində olduğu dövlət orqanı və ya təsisçi” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinə rəhbərliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respub-likasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vəzifəyə təyin edilmiş direktor həyata keçirir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında