Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 461     

    Bakı şəhəri, 16 noyabr 2016-cı il

 

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 945 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin   etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti    QƏRARA  ALIR:

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58; 2009, № 1, maddə 34; 2014, № 10, maddə 1297; 2015, № 2, maddə 219) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədən “və göstərişlərinin” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş “Dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının və göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi Qaydası” üzrə:

2.1. adından və 1-ci hissədən “və göstərişlərinin” sözləri çıxarılsın;

2.2. 2-ci hissədən “, öz səlahiyyətləri daxilində” və “və göstərişlər” sözləri çıxarılsın; 

2.3. 2.1-ci, 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1. fitosanitar nəzarətində olan karantin obyektlərində ekspertiza aparılması;

2.3. məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının müvafiq qaydada götürülməsi, saxlanılması, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi;

2.4. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qarşısının alınması;”;

2.4. 2.2-ci bənd ləğv edilsin;

2.5. 2.5-ci bənddən “və tövsiyələrin” sözləri çıxarılsın;

2.6. 3-cü hissənin yeddinci abzasından “zəruri olan” sözləri çıxarılsın;

2.7. Qaydaya 1 nömrəli əlavə üzrə:

2.7.1. yuxarı sağ küncündən “və göstərişlərinin” sözləri çıxarılsın;

2.7.2. əlavənin adında “qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar ekspertizası və diaqnostikasının” sözləri “ekspertizanın” sözü ilə əvəz edilsin;

2.7.3. mətndə “11.2.2-ci” sözləri “9.0.3-cü” sözləri ilə və “fitosanitar ekspertizası və diaqnostikasının” sözləri “ekspertizanın” sözü ilə əvəz edilsin;

2.8. Qaydaya 2 nömrəli əlavə ləğv edilsin;

2.9. Qaydaya 3 nömrəli əlavə üzrə:

2.9.1. yuxarı sağ küncündən “və göstərişlərinin” sözləri çıxarılsın;

2.9.2. əlavənin adında “Fitosanitar ekspertizasının nəticələri və ya laboratoriya müayinələri ilə təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının qanunvericiliklə  müəyyən edilmiş” sözləri “Məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının müvafiq” sözləri ilə əvəz edilsin;

2.9.3. mətndə “11.2.4-cü” sözləri “9.0.4-cü” sözləri ilə və “Fitosanitar ekspertizasının nəticələri və ya laboratoriya müayinələri ilə” sözləri “Məhsulun tədqiqi nəticəsində” sözləri ilə əvəz edilsin;

2.10. Qaydaya 4 nömrəli əlavə üzrə:

2.10.1. yuxarı sağ küncündən “və göstərişlərinin” sözləri çıxarılsın;

2.10.2. əlavənin adında “Müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz  pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması məqsədi ilə” sözləri ilə əvəz edilsin;

2.10.3. mətndə “müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalını, idxalını, ixracını, saxlanmasını, satışını” sözləri “qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalını, satışını, idxalını və ixracını” sözləri ilə əvəz edilsin, “lazım olan” sözləri çıxarılsın, “11.2.5-ci” sözləri “10.0.9-cu” sözləri ilə və “Müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz pestisidlər, bioloji preparatlar və digər bitki mühafizə vasitələri” sözləri “Qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr” sözləri ilə əvəz edilsin;

2.11. Qaydaya 5 nömrəli əlavə üzrə:

2.11.1. yuxarı sağ küncündən “və göstərişlərinin” sözləri çıxarılsın;

2.11.2. əlavənin adından “və tövsiyələrin” sözləri çıxarılsın;

2.11.3. mətndən “və tövsiyələrə” sözləri çıxarılsın və “11.2.7-ci” sözləri “10.0.14-cü” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası” üzrə:

3.1. 4.2-ci bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

3.2. 4.3-cü bənddən “zəruri” və “və göstərişlər” sözləri çıxarılsın;

3.3. 4.5-ci bənd ləğv edilsin;

3.4. 5.2-ci, 5.3-cü, 5.4-cü və 5.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.2. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

5.3. karantin nəzarətində olan materiallara baxış keçirilməsini və ekspertiza aparılmasını həyata keçirmək;

5.4. karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, saxlamaq, zərərsizləşdirmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;

5.7. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) görmək;”;

3.5. 6-cı hissədə “qərar və göstərişlərinin” sözləri “qərarlarının” sözü ilə əvəz edilsin;

3.6. 14.8-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 14.9-cu bənd ləğv edilsin;

3.7. 16.3-cü bənddən “lazımi” sözü çıxarılsın.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında