Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 459  

     Bakı şəhəri, 16 noyabr 2016-cı il

 

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 945 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin                   etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti   QƏRARA  ALIR:

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1151; 2008, № 1, maddə 39; 2009, №1, maddə 34; 2010, № 2, maddə 150; 2014, № 2, maddə 1664; 2015, № 2, maddə 218) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları” üzrə:

1.1. II bölmə üzrə:

1.1.1. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.2. karantin nəzarətində olan materiallara baxış keçirilməsini və ekspertiza aparılmasını həyata keçirmək;

2.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;”;

1.1.2. 2.1.5-ci və 2.1.7-ci yarımbəndlər ləğv edilsin;

1.1.3. 2.1.6-cı yarımbəndə “bitki mühafizəsi məsələlərinə” sözlərindən sonra “, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə” sözləri əlavə edilsin;

1.1.4. 2.1.11-ci yarımbənddə “ixtisaslaşdırılması üçün zəruri” sözləri “əlavə təhsili ilə bağlı” sözləri ilə əvəz edilsin;

1.2. 3.1-ci bəndin birinci abzasından “lazımi” sözü çıxarılsın və həmin bəndin ikinci abzasında “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları” üzrə:

2.1. 4-cü hissə üzrə:

2.1.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;”;

2.1.2. 4.2-ci bənddən “dövriyyədən çıxarılması,” sözləri çıxarılsın;

2.1.3. 4.3-cü və 4.13-cü bəndlər ləğv edilsin;

2.1.4. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizəsi vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;”;

2.1.5. 4.8-ci bəndə “müvafiq tədbirlər” sözlərindən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

2.1.6. 4.12-ci bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

2.2. 5-ci hissədə “vəzifə və səlahiyyətləri” sözləri “vəzifələri” sözü ilə əvəz edilsin;

2.2.1. 5.1-ci bənddən “zərurət olduğu hallarda” və “lazımi” sözləri çıxarılsın;

2.2.2. 5.4-cü bənddə “qərar və göstərişlərinə” sözləri “qərarlarına” sözü ilə əvəz edilsin;

2.2.3. 5.6-cı bənddə “zərurəti yarandığı hallarda” sözləri “məqsədi ilə” sözləri ilə əvəz edilsin;

2.3. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Dövlət Xidməti fitosanitar nəzarətini “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.”;

2.4. 7-ci hissədən “və göstərişlərlə” sözləri çıxarılsın;

2.5. 8-ci hissədə “qərar və göstərişlərə” sözləri “qərarlara” sözü ilə əvəz edilsin;

2.6. 9-cu hissədə “qərarlara və göstərişlərə” sözləri “qərarlara” sözü ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası” üzrə:

3.1. adında “zərərsizləşdikdən” sözü “zərərsizləşdirildikdən” sözü ilə əvəz edilsin;

3.2.  3-cü hissədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında