Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 458                          

                                                 Bakı şəhəri, 16 noyabr 2016-cı il

 

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 945 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA  ALIR:

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1165; 2008, № 9, maddə 853; 2009, № 1, maddə 34; 2010, № 1, maddə 66) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “laboratoriya ekspertizasının” sözləri “ekspertizanın” sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan  Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları” üzrə:

2.1. 4.2-ci bəndin birinci abzasının birinci cümləsində “laboratoriya ekspertizasının” sözləri “ekspertizanın” sözü ilə əvəz edilsin;

2.2. Qaydalara 1 nömrəli əlavənin 3-cü bəndində “zərurət yarandıqda, laboratoriya ekspertizasından” sözləri “müayinə məqsədi ilə ekspertizadan” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları” üzrə:

3.1. adında, 1-ci, 2-ci, 13-cü, 18-ci, 19-cu, 20-ci, 22-ci, 23-cü, 25-ci hissələrdə və 21-ci hissənin ikinci abzasında ismin müvafiq hallarında “laboratoriya ekspertizası” sözləri ismin müvafiq hallarında “ekspertiza” sözü ilə əvəz edilsin;

3.2. 3.4-cü bənddən “lazım gəldikdə,” sözləri çıxarılsın;

3.3. 5-ci hissənin onuncu abzasında “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin;

3.4. 7.3-cü bənddə “zərurəti yarandığı hallarda” sözləri “məqsədi ilə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında