Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 448 

Bakı şəhəri, 15 noyabr 2016-cı il

 

“Notariat  hərəkətlərinin qeydi üçün  reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 iyul tarixli 980 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

   “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Həmin qərarla təsdiq edilmiş 2-18 və 30-47 nömrəli formalar üzrə:

1.1. “Mən _______ dövlət notariat kontorunun dövlət notariusu

       (notariat kontorunun adı)

____________” sözləri “Mən ______________________________”                     

(soyadı və inisialları)                (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin

                                                                      vəzifəsi, adı və soyadı)

sözləri ilə əvəz edilsin;

1.2. “№ ilə qeyd edilib” sözlərindən sonra “, informasiya sisteminə daxil edilib” sözləri əlavə edilsin;

1.3. “Dövlət notariusu” sözləri “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 7 nömrəli formada “Dövlət Əmlakı Nazirliyinin” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 8 nömrəli formada “notariat orqanının adı” sözləri “vəzifəli şəxsin vəzifəsi, adı, soyadı” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 12 və 13 nömrəli formalarda “notariat kontoruna” sözləri “notariat hərəkətinin aparıldığı yerə” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 14 və 15 nömrəli formalarda             “________________________ yerləşən notariat kontorunda” sözləri                                                                                                     

 (notariat kontorunun ünvanı)

 “________________________________________” sözləri ilə əvəz

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri göstərilir)

edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 18 nömrəli formada “_________________________  yerləşən dövlət notariat  kontoruna”                                                                                                            

        (notariat kontorunun ünvanı)

sözləri “ ______________________________________”  sözləri  ilə,

               (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri)

 

“________” sözləri “_______” sözü ilə əvəz edilsin.

  (yazı ilə)                            (sözlə)

7. Həmin qərarla təsdiq edilmiş 19-29 nömrəli formalar üzrə:

7.1. “Bu müqavilə mənim  _________________ dövlət notariat

(notariat kontorunun adı)

kontorunun dövlət notariusu __________________ ” sözləri “Mənim

                                                             (soyadı və inisialları)

_____________________________________________________ ”                                                                                      (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

sözləri ilə əvəz edilsin;

7.2. “Dövlət notariusu” sözləri “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” sözləri ilə əvəz edilsin;

7.3. “№ ilə qeyd edilib” sözlərindən sonra “informasiya sisteminə daxil edilib” sözləri əlavə edilsin.

8. Həmin qərarla təsdiq edilmiş 40 nömrəli formada “dövlət notariusuna” sözləri “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsə” sözləri ilə əvəz edilsin.

9. Həmin qərarla təsdiq edilmiş 48 nömrəli forma üzrə:

9.1. “Mənim  ___________________________ dövlət notariat

                                      (notariat kontorunun adı)

kontorunun dövlət notariusu___________________ ” sözləri “Mənim

                                                               (soyadı və inisialları)

_____________________________________________________ ”                                                                                                (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

sözləri ilə əvəz edilsin;

9.2. “notariat kontorunun işlərində” sözləri “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yerində” sözləri ilə əvəz edilsin;

9.3. ikinci halda “№ ilə qeyd edilib” sözlərindən sonra                          “, “informasiya sisteminə daxil edilib” sözləri əlavə edilsin;

9.4. “Dövlət notariusu” sözləri “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” sözləri ilə əvəz edilsin.

10. Həmin qərarla təsdiq edilmiş 50 nömrəli forma üzrə:

10.1. “Mən____________________dövlət notariat kontorunun

                        (notariat kontorunun adı)

dövlət notariusu___________________________________ ” sözləri

                                                      (soyadı və inisialları)

“Mən _________________________________________________”

                           (dövlət və ya xüsusi notariusun, adı və soyadı)

sözləri ilə əvəz edilsin;

10.2. “№ ilə qeyd edilib” sözlərindən sonra “informasiya sisteminə daxil edilib” sözləri əlavə edilsin;

10.3. “Dövlət notariusu” sözləri “Dövlət və ya xüsusi notarius” sözləri ilə əvəz edilsin.

11. Həmin qərarla təsdiq edilmiş 2-x-50-x nömrəli formalar ləğv edilsin.

 

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında