№ 447
Bakı şəhəri, 11 noyabr 2016-cı il
“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 11 noyabr
tarixli 447 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir. Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.
Statistik məlumatlara görə hazırda Azərbaycan Respublikasında 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.
Son illərdə respublikada hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi nəticəsində qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində müəyyən irəliləyişə nail olunmuşdur. Qanın bədxassəli xəstəliklərinin müasir diaqnostikasının əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi bu xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaratmışdır.
Hazırkı dövrdə inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində baş vermiş tərəqqi, diaqnostikanın və müalicənin nəticələrinin qiymətləndirilməsinin yeni metodlarının tətbiqi, yeni dərman preparatlarının və müalicə metodlarının istifadəsi bu ağır xəstəlikdən əziyyət çəkən şəxslərin xəstəliyinin proqnozunun əhəmiyyətli şəkildə dəyişdirilməsinə gətirib çıxarmışdır. Son zamanlar qazanılmış nailiyyətlər, əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək, onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan vermişdir.
Onkohematologiya təbabətin ən çox maliyyə vəsaiti tələb edən sahələrindən biridir. Qanın bədxassəli xəstəliklərinin müalicəsi müasir kimyəvi terapiya proqramları ilə və hədəf terapiyasının tətbiqinə imkan verən innovasion preparatlarla aparılır, sümük iliyinin və hemopoetik kök hüceyrələrinin transplantasiyası həyata keçirilir.
Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə əsas verir.
“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (bundan sonra – Tədbirlər Proqramı) qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının məqsədi və əsas vəzifələri
2.1. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublika-sında qanın bədxassəli xəstəliklərinin diaqnostikasını və müalicəsini müasir səviyyəyə çatdırmaqla, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. qanın bədxassəli xəstəliyinə düçar olmuş şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, ömürlərinin uzadılması və tam sağalmalarına nail olunması;
2.2.2. qanın bədxassəli xəstəliklərinin diaqnostikasının təkmilləşdirilməsi və dünya standartlarına çatdırılması;
2.2.3. qanın bədxassəli xəstəliyinə düçar olmuş şəxslərin müalicəsinin müasir standartlara uyğun təşkil edilməsi;
2.2.4. qanın bədxassəli xəstəliyinə düçar olmuş şəxslərin dərman preparatlarına olan tələbatının ödənilməsi;
2.2.5. müasir informasiya texnologiyalarından istifadə etməklə, qanın bədxassəli xəstəliyi üzərində nəzarət sisteminin təşkili;
2.2.6 qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və onların peşəkarlığının artırılması.
3. Monitorinq və qiymətləndirmə
3.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. Tədbirlər Proqramının maliyyələşdirilməsi
4.1. Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr
5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
5.1.1. respublikada qanın bədxassəli xəstəliklərinin diaqnostikasının yaxşılaşdırılması;
5.1.2. qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi;
5.1.3. qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlik nəticəsində baş verən əlillik və ölüm hallarının azaldılması.
6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə
Fəaliyyət Planı
Sıra
№-si
|
Tədbirlərin adı
|
İcraçılar
|
İcra müddəti
(illər üzrə)
|
1
|
2
|
3
|
4
|
6.1. Qanın bədxassəli xəstəliklərinin diaqnostikası
|
6.1.1.
|
Qanın bədxassəli xəstəliklərinin diaqnostikası üçün avadanlıq və reaktivlərin alınması
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
1
|
2
|
3
|
4
|
6.1.2.
|
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziolo-giya İnstitutunda qanyaradıcı orqanların bioptatlarının immu-nohistokimyəvi müayinəsi üsu-lunun tətbiqi
|
Səhiyyə Nazirliyi
|
2017
|
6.2. Qanın bədxassəli xəstəliklərinin müalicəsi
|
6.2.1.
|
Qan komponentlərinin xəstələrə köçürülməsindən əvvəl şüalan-dırılmasının tətbiq edilməsi
|
Səhiyyə Nazirliyi
|
2017
|
6.2.2.
|
Qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrə hemo-poetik kök hüceyrələrinin trans-plantasiyasının tətbiq edilməsi
|
Səhiyyə Nazirliyi
|
2017
|
6.2.3.
|
Qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman prepa-ratları ilə təmin edilməsi
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
6.2.4.
|
Qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin qan komponentlərinə olan tələbatı-nın ödənilməsi
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
6.2.5.
|
Qanın bədxassəli xəstəlikləri üzrə tibbi registrin yaradılması
|
Səhiyyə Nazirliyi
|
2017-2018
|
6.3. Kadr hazırlığı
|
6.3.1.
|
Qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması
(o cümlədən xarici ölkələrdə)
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
6.3.2.
|
Qanın bədxassəli xəstəliklərinə dair metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
6.3.3.
|
Qanın bədxassəli xəstəlikləri üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpozi-umlarda iştirakının təmin edil-məsi
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
1
|
2
|
3
|
4
|
6.3.4.
|
Qanın bədxassəli xəstəlikləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi
|
Səhiyyə Nazirliyi
|
2017-2021
|
6.4. Qanın bədxassəli xəstəliklərinə dair maarifləndirilmə
|
6.4.1.
|
Qanın bədxassəli xəstəliklərinin profilaktikası və erkən aşkar-lanmasına dair populyar kitab-çaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
6.4.2.
|
Qanın bədxassəli xəstəliklərinə dair məlumatların kütləvi infor-masiya vasitələri ilə verilməsi
|
Səhiyyə Nazirliyi,
kütləvi informasiya vasitələri
|
2017-2021
|
___________________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.