№ 446
Bakı şəhəri, 11 noyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, II kitab, maddə 378, № 7, maddə 1343) ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.9-cu, 2.7-ci, 4.10 - 4.15-ci və 4.18-ci bəndlər ləğv edilsin.
2. 2.3-cü bənddən “iş qrafikini hər il dekabrın 1-dək təsdiq olunması üçün Xidmətə təqdim edir,” sözləri çıxarılsın.
3. 3.1.2-ci yarımbənddə və 4.21-ci bənddə “müayinə olunan” sözləri “əlilliyi qiymətləndirilən” sözləri ilə əvəz edilsin.
4. 3.1.14-cü yarımbənddə “təkrar müayinəsi” sözləri “əlilliyinin qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin.
5. 3.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.15. əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək;”.
6. 4-cü hissənin adında, 4.1-ci bənddə və 5.1-ci bənddə ismin müvafiq hallarında “müayinə” sözü ismin müvafiq hallarında “əlilliyin qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin.
7. 4.2-ci bənddən “və şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur” sözləri çıxarılsın.
8. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (bundan sonra - TSERAS) ötürülür.”.
9. Aşağıdakı məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü yarımbəndlər əlavə edilsin:
“4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.
4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir;
4.9-3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər.”.
10. 4.16-cı bənd aşağıdakı redaksiyada verilsin:
“4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.”.
11. 4.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə).”.
12. 4.19-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir.”.
13. 4.21-ci bəndə “sənədi” sözündən sonra “Xidmətə” sözü əlavə edilsin.
14. 4.23-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür.”.
15. 4.24-cü bənd üzrə:
15.1. “4.10-cu” sözləri “4.23-cü” sözləri ilə əvəz edilsin;
15.2. “TSEK-in qərarını təsdiq və ya ləğv edir, yaxud yeni” sözləri çıxarılsın;
15.3. “dərhal” sözündən sonra “gücləndirilmiş elektron imza ilə təsdiq edərək” sözləri əlavə edilsin.
16. 4.25-ci bənd üzrə:
16.1. birinci cümlədən hər iki halda “təkrar” sözü çıxarılsın;
16.2. “TSEK-dən” sözü “TSERAS-dan” sözü ilə, “müayinə vaxtını və yerini göstərməklə şəxsə onun ərizədə qeyd etdiyi” sözləri “şəxsin” sözü ilə əvəz edilsin;
16.3. ikinci cümləyə “dərhal” sözündən sonra “gücləndirilmiş elektron imza ilə təsdiq edərək” sözləri əlavə edilsin.
17. 5.3-cü bənd üzrə:
17.1. “təkrar müayinəsi” sözləri “əlilliyin təkrar qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin;
17.2. 5.3.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.3.4-cü yarımbənd əlavə edilsin:
“5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.”.
18. 5.4-cü bənddə “təkrar müayinəsi” sözləri “əlilliyin təkrar qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
“Tibbi-sosial ekspert komissiyaları
haqqında Əsasnamə”yə
1 nömrəli əlavə
AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında
DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ
QƏRAR
|
Qiymətləndirmə üzrə unikal kod: tarix tarix
|
Şəxs barədə məlumat
|
Cinsi:
Doğum tarixi:
|
Qiymətləndirmənin nəticələri *
|
-
Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud (SİM) uşaq olması:
B. Əlillyin və ya sağlamlıq imkanlarının məhdudluğunun ilkin və ya təkrar olması:
Səbəbi:
Meyarı:
Müddəti:
Əmək zəmanəti:
|
TSEK-in üzvləri barədə məlumat
|
Qurumun adı:
Sədri:
Üzvləri:
___________________
* Əlillik və ya sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədikdə, “Qiymətləndirmənin nəticələri” bölməsində yalnız imtina səbəbi göstərilməlidir. TSEK əlilliyin qiymətləndirilməsinin Xidmət tərəfindən keçirilməsini zəruri hesab etdikdə, “Qiymətləndirmənin nəticələri” bölməsində bu zərurətin səbəbini qeyd etməlidir.
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.