Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 444                  

         Bakı şəhəri, 8 noyabr 2016-cı il

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax,  Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı  müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə  Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2012-ci   il   26   yanvar  tarixli   21  nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı  müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 21 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №1, maddə 42) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və preambulasına “Şamaxı” sözündən sonra “Siyəzən” sözü əlavə edilsin.

2. 1-ci hissəyə  “Şamaxı” sözündən sonra “, Siyəzən” sözü əlavə edilsin və həmin hissədə “2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin” sözləri  “2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında