№ 439
Bakı şəhəri, 3 noyabr 2016-cı il
“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublika-sında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamlarının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 3 noyabr
tarixli 439 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi
QAYDASI
-
Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamlarının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və pambıq və tütün istehsalçılarına (bundan sonra – istehsalçılar) emal müəssisələrinə satdıqları genetik modifikasiya olunmamış pambıq və tütünün miqdarına görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi qaydasını müəyyən edir.
1.2. İstehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.
1.3. Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.
-
Dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsinin təşkili
2.1. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri (bundan sonra –kənd təsərrüfatı idarələri) tərəfindən həyata keçirilir.
2.2. İstehsalçıların emal müəssisələrinə satdıqları pambıq və tütünün miqdarına görə subsidiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının (bundan sonra – Respublika Komissiyası) qərarı əsasında verilir.
2.3. İstehsalçılara subsidiyanın verilməsinin təşkili üçün kənd təsərrüfatı idarəsi müvəkkil bankla müqavilə bağlayır və həmin müqavilənin bir nüsxəsini Respublika Komissiyasına təqdim edir.
2.4. İstehsalçıların hesablarına subsidiyanın köçürülməsi üçün kənd təsərrüfatı idarəsi Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir.
3. İstehsalçılara subsidiyanın verilməsi qaydası və şərtləri
3.1. İstehsalçı subsidiya almaq üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini iyunun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq yaradılmış kənd ərazi komissiyasına təqdim edir.
3.2. Kənd ərazi komissiyası bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə torpaq sahəsində pambıq və tütün əkininin aparılmasını yerində yoxlayır və bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 3 (üç) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının 1 (bir) nüsxəsi istehsalçıya verilir.
3.3. Kənd ərazi komissiyası istehsalçının bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizəsinin surətini, baxış aktının 1 (bir) nüsxəsini və bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun tərtib etdiyi icmal siyahını iyunun 10-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.
3.4. Kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları 90 (doxsan) gün müddətində təhlil edir və zəruri məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirir.
3.5. Kənd təsərrüfatı idarəsinin nümayəndəsi pambıq və tütünün emal müəssisəsinə satılması zamanı məhsulun çəkilməsi prosesində iştirak edə bilər.
3.6. Emal müəssisələri bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib etdikləri icmal siyahıları tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edirlər.
3.7. İstehsalçı satdığı pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini aşağıda qeyd olunan sənədlər əlavə olunmaqla tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim edir:
3.7.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və fərdi sahibkarlar üçün VÖEN-in surəti;
3.7.2. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri;
3.7.3. emal müəssisəsinə satılmış pambıq və tütünün alqı-satqısına dair qaimə;
3.7.4. emal müəssisəsinə satılmış pambıq və tütünün alqı-satqısına dair müqavilənin surəti;
3.7.5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş formada pambığın qəbulu qəbzi;
3.7.6. bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun tərtib edilmiş tütünün qəbulu qəbzi.
3.8. Kənd ərazi komissiyası baxılması üçün tütün istehsalçıları tərəfindən təqdim edilmiş bu Qaydanın 3.7-ci bəndində qeyd olunan sənədləri cari ilin dekabrın 5-dək, pambıq istehsalçıları tərəfindən təqdim edilmiş həmin sənədləri isə cari ilin dekabrın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.
3.9. Kənd təsərrüfatı idarəsi istehsalçılardan daxil olan sənədlərə baxılmanın nəticəsi olaraq, bu Qaydanın 6 və 7 nömrəli əlavələrinə uyğun 3 (üç) nüsxədən ibarət icmal siyahıları tərtib edir və həmin siyahıların 2 (iki) nüsxəsini növbəti ilin yanvarın 20-dək Respublika Komissiyasına təqdim edir.
3.10. Respublika Komissiyası bu Qaydanın 3.9-cu bəndinə əsasən təqdim edilmiş icmal siyahılara 20 (iyirmi) gün müddətində baxır, istehsalçıların emal müəssisələrinə satdıqları pambıq və tütünün miqdarına görə subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
3.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 (otuz) gün müddətində köçürülməsini təmin edir.
4. Yekun müddəalar
4.1. Kənd təsərrüfatı idarəsi istehsalçılara emal müəssisələrinə satdıqları pambıq və tütünün miqdarına görə subsidiyanın verilməsi üçün ayrılmış büdcə vəsaitinin istifadəsi barədə hesabatı Respublika Komissiyasına və müvafiq yerli icra hakimiyyəti orqanına hər il 30 dekabr tarixinədək təqdim edir.
4.2. Respublika Komissiyasının qərarına uyğun olaraq subsidiya verilən istehsalçılara dair elektron məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.
4.3. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməsinə nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.4. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
__________________
“Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası”na
1 nömrəli əlavə
_____________________________rayonunun (şəhərinin)
(rayonun (şəhərin) adı)
__________________________kənd ərazi komissiyasına
(komissiyanın adı)
_______________________________________________
(istehsalçının hüquqi ünvanı, soyadı, adı, atasının adı, hüquqi şəxsin
_______________________________________________
adı və səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)
tərəfindən
Ə R İ Z Ə
Bildirirəm ki, 20_____ ildə ___ hektar sahədə pambıq və _____ hektar sahədə tütün əkini aparmışam. Xahiş edirəm, satmaq üçün istehsal etdiyim pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanı almaq üçün becərdiyim __________ sahəsinə baxış keçirilməsini təmin edəsiniz.
Tələb olunan sənədlər ərizəyə əlavə edilir.
_________________________
M.Y. (imza)
_________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
“Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası”na
2 nömrəli əlavə
Əkin sahələrinə baxış haqqında
A K T
___ ________ 20 ___ il ______ rayonu _________ kəndi
Biz, aşağıdakılar:
______________________________________________________
______________________________________________________
______________________________________________________
______________________________________________________
______________________________________________________
pambıq və tütün istehsalçılarına istehsal edib satdıqları pambıq və tütünün miqdarına görə verilən subsidiyanın alınması ilə əlaqədar ________________________ kənd ərazi komissiyasına müraciət etmiş istehsalçı ________________________________________ ərizəsində göstərdiyi ______ hektar əkin sahəsinə istehsalçının iştirakı ilə baxış keçirərkən, aşağıdakıları müəyyən etdik:
______________________________________________________
(bitki növləri və müvafiq əkin sahələri)
______________________________________________________
______________________________________________________
______________________________________________________
______________________________________________________
Akt 3 (üç) nüsxədə tərtib olundu. Onun 1 (bir) nüsxəsi istehsalçıya verilir, 2 (iki) nüsxəsi isə kənd ərazi komissiyasında saxlanılır.
Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:
__________ __________________________________________
(imza) (soyadı, adı, atasının adı, vəzifəsi)
______________________________________________________
____________________________________________________________________________________________________________
Aktın surətini aldım _________________________________
“Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası”na
3 nömrəli əlavə
20__ il 1 iyun tarixinə___________________rayonunun (şəhərinin)
___________________ kənd ərazi komissiyası üzrə pambıq və tütün istehsalçılarının əkin sahələri barədə
M Ə L U M A T
Sıra
№-si
|
İstehsalçının soyadı, adı, atasının adı,
hüquqi şəxsin adı
|
Pambığın əkin sahəsi (ha)
|
Tütünün əkin sahəsi (ha)
|
1.
|
|
|
|
2.
|
|
|
|
3.
|
|
|
|
....
|
|
|
|
Yekun
|
|
|
Kənd ərazi komissiyasının sədri______ _____ _________________
M.Y. (imza) (soyadı, adı, atasının adı)
Üzvləri: __________ ___________________
(vəzifələri göstərilməklə) (imza) (soyadı, adı, atasının adı)
: :
: :
Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası”na
4 nömrəli əlavə
20__ ildə ____________________________ rayonunun (şəhərinin) _______________ kənd inzibati ərazi dairəsi üzrə pambıq və tütün istehsalçıları tərəfindən _____________________ müəssisəsinə satılmış pambıq və tütünün miqdarına dair
M Ə L U M A T
Sıra
№-si
|
Pambıq və tütün istehsalçısının
|
Pambıq (kq)
|
Tütün (kq)
|
soyadı, adı, atasının adı
|
FİN-i* və ya VÖEN-i
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
...
|
|
|
|
|
|
|
|
|
|
Yekun
|
|
|
|
*FİN-i - fərdi identifikasiya nömrəsi
________ müəssisəsinin rəhbəri ________ __________________
M.Y. (imza) (soyadı, adı, atasının adı)
“Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası”na
5 nömrəli əlavə
________________rayon (şəhər) kənd təsərrüfatı idarəsinə
(rayonun (şəhərin) adı)
_________________________________________________
(pambıq və tütün istehsalçısının hüquqi ünvanı, soyadı, adı, atasının adı və
_________________________________________________
səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, FİN-i* və ya VÖEN-i)
tərəfindən
Ə R İ Z Ə
Bildirirəm ki, 20_____ ildə ___hektar sahədə _____ ton pambıq və ___hektar sahədə _____ ton tütün istehsal edib satmışam. Xahiş edirəm istehsal edib satdığım pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına mənə çatacaq subsidiyanın verilməsini müəyyən olunmuş qaydada təmin edəsiniz.
Pambıq və tütünün satışına dair məlumatlar və tələb olunan sənədlər ərizəyə əlavə edilir.
Qoşma: ___ vərəq, ___ nüsxə
M.Y. (imza)
|
(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)
|
Tarix ___ ______________ 20__ __ il
*FİN-i - fərdi identifikasiya nömrəsi
№-li nüsxə
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.