Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 437                                                             

            Bakı şəhəri, 2 noyabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Geodeziya  və  kartoqrafiya  fəaliyyətinə   dövlət   nəzarəti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.3-cü bəndinin və  “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komi-təsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639; 2003, № 9, maddə 533; 2014, № 7, maddə 928) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri  ilə əvəz edilsin.

2. 4-cü hissədən “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsini”  sözləri və 12-ci hissədən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” sözləri çıxarılsın.

3. 6-9-cu hissələr ləğv edilsin.

4. 10.26-cı və 10.28-ci bəndlərdə ismin müvafiq hallarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

5. 11-ci hissədə “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş dövlət müfəttişlərinə, onların müavinlərinə, dövlət müfəttişlərinə və müfəttişlərə onlara həvalə edilmiş vəzifələrə müvafiq olaraq öz səlahiyyətləri daxilində” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanlara” sözləri ilə əvəz edilsin.

6. 11.1-ci bənddə “dövlət müfəttişləri və müfəttişlər” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilsin.

7. 13-cü hissədə “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə” sözləri  “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında