Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 436                                         

                      Bakı şəhəri, 2 noyabr 2016-cı il

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin  ləğv  edilməsi  ilə  əlaqədar  Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  bəzi  qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.3-cü bəndinin və  “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il  5 fevral tarixli 453 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 632) ilə təsdiq edilmiş “Geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının dövlət qeydiyyatına dair Qaydalar”ın 2-ci hissəsində “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN)” sözləri ilə və 6-cı, 9-cu hissələrində “Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri “ETSN” abreviaturası ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 may tarixli 108 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 431) ilə təsdiq edilmiş “Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3-cü bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra - Komitə)” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik)” sözləri ilə əvəz edilsin;

2.2. 2.4-cü bəndin birinci və ikinci abzaslarında, 3.2-ci və 4.2-ci bəndlərin birinci abzaslarında və 4.3-cü bənddə “Komitə” sözü “Nazirlik” sözü ilə əvəz edilsin;

2.3. 4.5-ci bənddə “Komitənin” sözü “Nazirliyin” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında