Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 435               

                                               Bakı şəhəri, 2 noyabr 2016-cı il

“Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 208 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.3-cü bəndinin və  “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il  5 fevral tarixli 453 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 208 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 629) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsinə dair Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri, 8-ci hissənin ikinci abzasında, 9-cu hissədə “Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsində” sözləri, 10-cu hissədə “Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 11-ci hissədə “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsinə” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında