№ 432
Bakı şəhəri, 2 noyabr 2016-cı il
“Tənzimləyici təsirin təhlili Qaydası”nın təsdiq edilməsi haqqında
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Tənzimləyici təsirin təhlili Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 2 noyabr
tarixli 432 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Tənzimləyici təsirin təhlili
QAYDASI
Ümumi müddəalar
-
1 Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məsələlər üzrə tənzimləyici təsirin təhlilinin həyata keçirilməsi qaydasını müəyyən edir.
-
2 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq, tənzimləyici təsirin təhlili özündə aşağıdakıları ehtiva edir:
-
2.1 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin (bundan sonra – qanun layihələri) qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;
-
2.2 lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların (bundan sonra – lisenziya və icazə müəyyən edən qanunlar) sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsi.
-
3 Tənzimləyici təsirin təhlilinin nəticələri tövsiyə xarakteri daşıyır. Dövlət sirri, fövqəladə və hərbi vəziyyətlə əlaqədar və təcili elan edilmiş qanun layihələri, həmçinin lisenziya və icazə müəyyən edən qanunlarda uyğunlaşdırma, texniki və redaktə xarakterli dəyişikliklər nəzərdə tutulan qanun layihələri üzrə tənzimləyici təsirin təhlili həyata keçirilmir.
-
4 Tənzimləyici təsirin təhlili bu Qaydada nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və lisenziya və icazə verən orqan (bundan sonra - tənzimləyici təsirin təhlilini aparan orqan) tərəfindən həyata keçirilir.
-
5 Tənzimləyici təsirin təhlilini aparan orqan tərəfindən tənzimləyici təsirin təhlilinin həyata keçirilməsi üçün qanun layihələrinin və lisenziya və icazələri müəyyən edən qanunların təsir göstərdiyi sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması təmin edilir. İşçi qrupunun üzvləri lazımi texniki və xüsusi biliklərə malik olmadıqda, tənzimləyici təsirin təhlilinin həyata keçirilməsinə müstəqil ekspertlər cəlb olunur.
-
6 Bu Qaydada istifadə olunan anlayışlar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan anlayışların mənalarını ifadə edir.
2. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili qaydası
-
1 Qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinin məqsədi lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə daha səmərəli alternativ tənzimləmə yollarının (sahələrinin) seçilməsindən, onların sahibkarlıq fəaliyyətinə göstərdiyi müsbət və mənfi təsirinin aşkarlanmasından və ən münasib tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsindən ibarətdir.
-
2 Qanun layihələrinin tənzimləyici təsirinin təhlili layihənin hazırlanması zamanı aşağıdakı hallar ortaya çıxdıqda həyata keçirilir:
-
2.1 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələnin əlavə olaraq mütəxəssis və ekspertlər tərəfindən öyrənilməsi və təhlili tələb olunduqda;
-
2.2 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələnin daha səmərəli tənzimlənməsi üçün müxtəlif variantların mövcudluğu ehtimalı ortaya çıxdıqda.
-
3 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsində nümayəndəsi vasitəsi ilə tənzimləyici təsirin təhlilini həyata keçirən orqanda yaradılmış komissiyada iştirak edir.
-
4 Qanun layihələrinin tənzimləyici təsirinin təhlili 90 gün müddətində həyata keçirilir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin qeyd olunan müddətdə həyata keçirilməsi mümkün olmadıqda, tənzimləyici təsirin təhlilini aparan orqanın rəhbəri ilə razılaşdırılmaqla müddət 30 gün uzadıla bilər.
-
5 Qanun layihələrinin tənzimləyici təsirinin təhlili aşağıdakı mərhələlərdən ibarətdir:
-
5.1 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi;
-
5.2 alternativ tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsi;
-
5.3 ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi.
-
6 Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
6.1 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi üçün onun məzmunu, statistik və digər məlumatları, yaranma səbəbləri, müvafiq sahədə aidiyyəti dövlət qurumu tərəfindən həyata keçirilən nəzarətin (dövlət nəzarətinin) nəticələri, aşkar edilən pozuntular, tətbiq olunan tənbeh tədbirləri, habelə aşağıdakı meyarlar üzrə məlumatlar toplanılır və təhlil aparılır:
2.6.1.1. sahibkarlığın bütün və ya ayrı-ayrı sahələrinin inkişafına təsir;
2.6.1.2. daxili və xarici bazarlarda sahibkarların rəqabət qabiliyyətinə təsir;
2.6.1.3. investisiya mühitinə və investisiyaların cəlb olunmasına təsir;
2.6.1.4. ölkənin ixrac potensialına təsir;
2.6.1.5. kiçik və orta sahibkarlığın inkişafına təsir;
2.6.1.6. ərzaq təhlükəsizliyinə təsir;
2.6.1.7. subsidiyaların ayrılmasına təsir;
2.6.1.8. məşğulluğun səviyyəsinə təsir;
2.6.1.9. malların (işlərin, xidmətlərin) qiymətlərinə təsir;
2.6.2 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələni birbaşa və ya dolayı yolla tənzimləyən mövcud normativ-hüquqi aktlar toplanılır, onların təhlili aparılaraq mövcud boşluqlar, ziddiyyətlər və məsələnin tənzimlənməsinə və ya həll edilməsinə mənfi təsir göstərən digər amillər aşkarlanır;
2.6.3 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 15-ci maddələrinə uyğun olaraq, lisenziya və icazənin tətbiqinin zəruriliyi əsaslandırılır;
2.6.4 yeni lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin əlavə edilməsi barədə təkliflə yanaşı, həmin sahə üzrə bir lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin çıxarılması barədə təklif, habelə həmin təklifin əsaslandırılması verilir;
2.6.5 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələ ilə bağlı ictimai müzakirələr təşkil olunur, nəticələrinin təhlili aparılır və hüquqi faktlara əsaslanan mövqelər nəzərdən keçirilir. Həmçinin oxşar lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələnin tənzimlənməsi və ya həll edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.
-
7 Alternativ tənzimləmə sahələrinin (yollarının) müəyyən edilməsi və onların qiymətləndirilməsi mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
7.1 lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi mərhələsinin nəticələrinə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 15-ci maddələrində və bu Qaydanın 2.6.1-ci yarımbəndi ilə müəyyən olunan meyarlara uyğun olaraq, habelə mövcud vəziyyətin daha effektiv və səmərəli tənzimlənməsi və ya həll edilməsi məqsədi ilə ən azı üç alternativ tənzimləmə yolu (sahəsi) müəyyən edilir;
Qeyd. Mövcud vəziyyətin olduğu kimi saxlanılması fikri alternativ tənzimləmə yollarının (sahələrinin) siyahısına daxil edilə bilər.
2.7.2 alternativ tənzimləmə yolları (sahələri) müəyyən edilərək, həmin sahələr üzrə fəaliyyət göstərən dövlət orqan və təşkilatlarının mütəxəssisləri tənzimlənmənin təsirinin qiymətlən-dirilməsi prosesinə cəlb edilir;
2.7.3 hər bir alternativ tənzimləmə yolunun (sahəsinin) sahibkarlıq fəaliyyətinə təsiri qiymətləndirilərək onun müsbət və mənfi xüsusiyyətləri, səmərəlilik, effektivlik və münasiblik dərəcələri aşkarlanır.
-
8 Ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi mərhələsində sahibkarlıq fəaliyyətinə nisbətən az mənfi təsir göstərən, məsələnin daha effektiv və səmərəli tənzimlənməsi və ya həll edilməsi baxımından kifayət qədər əsaslandırılan tənzimləmə yolu (sahəsi) seçilir.
-
9 Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan mərhələlər keçirildikdən sonra hər bir mərhələnin nəticələri, habelə təklif və tövsiyələr ümumiləşdirilərək “Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihəsinin tənzimləyici təsirinin təhlili haqqında arayış” tərtib edilir və tənzimləyici təsirin təhlilini aparan orqanın rəhbərinə təqdim olunur.
3. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili qaydası
3.1. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin məqsədi lisenziyanın və icazənin tətbiqi zamanı qarşıya qoyulan məqsədlərə nail olunub-olunmamasını, lisenziya və icazə müəyyən edən qanunların tətbiqinin müsbət və mənfi nəticələrini, həmçinin belə qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan halları aşkar etməkdən və qiymətləndirməkdən ibarətdir.
-
2 Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili lisenziya və icazə müəyyən edən qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğu ehtimalı ortaya çıxdıqda və belə qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili üzrə komissiyanın (bundan sonra - Komissiya) təsdiq etdiyi illik planda (bundan sonra – illik plan) nəzərdə tutulduqda həyata keçirilir. Komissiyanın iş qaydası və fəaliyyəti haqqında əsasnamə Komissiyanın iclasında təsdiq edilir.
-
3 Lisenziya və icazə müəyyən edən qanunlarla qarşıya qoyulan məqsədlərə nail olunub-olunmamasının, lisenziyanın və icazənin tətbiqinin müsbət və mənfi nəticələrinin, habelə sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğunun təhlili və qiymətləndirilməsi lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, həmçinin sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla həyata keçirilir.
-
4 Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili aşağıdakı mərhələlərdən ibarətdir:
-
4.1 illik planın hazırlanması və təsdiq edilməsi;
-
4.2 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın hazırlanması və onun ictimai müzakirəsi;
-
4.3 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinin hazırlanması;
-
.4.4 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabata və ona dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinə baxılması.
-
5 İllik planın hazırlanması və təsdiq edilməsi mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
5.1 hər il növbəti il üçün illik planın layihəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bu Qaydanın 3.2-ci bəndində göstərilən əsaslar üzrə hazırlanır. İllik planda lisenziya və icazə müəyyən edən qanunların, tənzimləyici təsirin təhlilini aparan orqanın adı və tənzimləyici təsirin təhlilinin həyata keçirilməsi müddəti göstərilir;
-
5.2 lisenziya və icazə müəyyən edən qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğu ilə bağlı təkliflər (bundan sonra – təkliflər) tənzimləyici təsirin təhlilini aparan orqanlar, digər dövlət orqan və təşkilatları, bələdiyyələr, hüquqi və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir;
-
5.3 illik planın layihəsinin hazırlanması üçün bütün təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə hər ilin iyun ayının birinə kimi təqdim olunur;
-
5.4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunan təkliflərə baxır və hər ilin 1 (bir) avqust tarixinə kimi növbəti ilin illik planının layihəsini hazırlayır;
-
5.5 illik planın layihəsi ictimai müzakirələrin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən özünün internet səhifəsində və “Lisenziyalar və icazələr” portalında yerləşdirilir və orada 30 gündən az olmamaqla saxlanılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi illik planın ictimai müzakirələrinin keçirilməsi məqsədi ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görmək hüququna malikdir. İllik planın layihəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və maraqlarına toxunan tənzimləyici təsirin təhlilini aparan orqanlara rəy bildirilməsi üçün təqdim olunur;
-
5.6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ictimai müzakirələrin nəticələrinin, habelə bu Qaydanın 3.5.5-ci yarımbəndində nəzərdə tutulan dövlət orqanlarının rəylərinə baxır, hüquqi faktlara əsaslanan təklifləri nəzərə alır, illik planın yekun variantını hazırlayır və təsdiq olunması üçün hər ilin 1 (bir) oktyabr tarixinə kimi Komissiyaya təqdim edir;
-
5.7 Komissiya 1 (bir) ay müddətində təqdim olunan illik planın yekun variantını özünün iclasında müzakirə edir və irad və təkliflər olmadığı təqdirdə, onun təsdiq olunması haqqında qərar qəbul edir;
-
5.8 Komissiya tərəfindən təsdiqlənmiş illik plan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində və “Lisenziyalar və icazələr” portalında yerləşdirilir.
-
6 Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın hazırlanması və onun ictimai müzakirəsi mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
6.1 illik plana daxil edilmiş hər bir lisenziya və icazə müəyyən edən qanuna münasibətdə illik planda müəyyən olunmuş müddətdə və tənzimləyici təsirin təhlilini aparan orqanlar tərəfindən aşağıdakı məlumatları əks etdirən hesabat hazırlanır:
-
6.1.1 lisenziya və icazə müəyyən edən qanunda dəyişikliklər edilməsi barədə məlumatlar (dəyişikliklər edildikdə);
-
.6.1.2 lisenziya və icazə müəyyən edən qanunun layihəsinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinin nəticələri (qanun layihəsinin tənzimləyici təsirinin təhlili həyata keçirilmişdirsə);
3.6.1.3. lisenziya və icazə tətbiq olunmuş sahədə fəaliyyət göstərən sahibkarların sayı və onların qanunun qəbul olunduğu dövrlə tənzimləyici təsirin təhlilinin həyata keçirildiyi dövrə münasibətdə sayının müqayisəsi (artma və ya azalma);
3.6.1.4. lisenziya və icazə şərtlərinə əməl olunması ilə bağlı sahibkarın çəkdiyi xərclərin qiymətləndirilməsi;
3.6.1.5. lisenziyanın və icazənin tətbiqinin faktiki müsbət və mənfi nəticələrinin qiymətləndirilməsi;
3.6.1.6. lisenziyanın və icazənin tətbiqi ilə bağlı nəzarət metodları və onların səmərəliliyi haqqında məlumatlar, həmçinin təşkilati-texniki, metodoloji, informasiya və digər tədbirlər;
3.6.1.7. lisenziyanın və icazənin tətbiqi zamanı qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsi;
3.6.1.8. lisenziya və icazə müəyyən edən qanunla məsuliyyət nəzərdə tutulduğu hallarda, lisenziya və icazə şərtlərinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş sahibkarların sayı haqqında məlumatlar;
3.6.1.9. verilmiş, lakin sonradan ləğv edilmiş lisenziya və icazələrin sayı və əsasları haqqında ümumiləşdirilmiş məlumatlar;
3.6.1.10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq il ərzində “susmaqla razılıq” prinsipinə riayət etməklə verilmiş, yenidən rəsmiləşdirilmiş, dayandırılmış, bərpa edilmiş və ləğv edilmiş lisenziya və icazələr barədə statistik məlumatlar;
3.6.1.11. sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğunun qiymətləndirilməsi;
3.6.1.12. lisenziya və icazə müəyyən edən qanunun tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə imkan verən digər məlumatlar;
3.6.2 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın ictimai müzakirəyə çıxarılması məqsədi ilə hesabatı hazırlamış tənzimləyici təsirin təhlilini aparan orqanlar onu özlərinin internet səhifəsində və “Lisenziyalar və icazələr” portalında yerləşdirir, 30 gündən az olmamaqla saxlayırlar. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatı hazırlamış tənzimləyici təsirin təhlilini aparan orqanlar hesabatın ictimai müzakirələrinin keçirilməsi məqsədi ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görmək hüququna malikdirlər;
3.6.3 tənzimləyici təsirin təhlilini aparan orqanlar lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın ictimai müzakirələrinin nəticələrinə baxır, hüquqi faktlara əsaslanan təklifləri nəzərə alır və hesabatın yekun variantını hazırlayır;
3.6.4 hesabatın yekun variantına bu Qaydanın 3.6.1-ci yarımbəndində göstərilənlərlə yanaşı aşağıdakı məlumatlar daxil edilir:
3.6.4.1 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın ictimai müzakirələri ilə bağlı görülmüş tədbirlər və hesabatın ictimai müzakirələrinin müddətləri;
3.6.4.2 ictimai müzakirələr zamanı daxil olan yazılı təkliflər və onlara baxılması haqqında məlumat;
3.6.4.3 tənzimləyici təsirin təhlili həyata keçirilən lisenziya və icazə müəyyən edən qanunların dəyişiklik edilmədən saxlanılmasına və ya ləğv olunmasına, dəyişdirilməsi ilə bağlı qanun layihəsinə, habelə digər tədbirlərin görülməsinə dair təkliflər;
3.6.5. lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair yekun hesabat tənzimləyici təsirin təhlilini aparan orqanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
-
7 Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinin hazırlanması mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
7.1 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair yekun hesabat rəyin hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və hüquqi mövqenin bildirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tənzimləyici təsirin təhlilini aparan orqan tərəfindən təqdim edilir;
-
7.2 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyində aşağıdakı məsələlər müəyyən edilir;
-
7.2.1 qarşıya qoyulan məqsədlərə nail olunub-olunmaması ilə bağlı rəy;
-
7.2.2 lisenziyanın və icazənin tətbiqinin müsbət və mənfi nəticələri ilə bağlı rəy;
-
7.2.3 sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğunun aşkar olunub-olunmaması ilə bağlı rəy;
-
7.2.4 lisenziya və icazə müəyyən edən qanunun dəyişiklik edilmədən saxlanılmasına və ya ləğv olunmasına, dəyişiklik edilməsinə dair qanun layihəsinə, habelə digər tədbirlərin görülməsi ilə bağlı təkliflərə münasibət;
-
7.3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın hazırlanması zamanı tənzimləyici təsirin təhlilini aparan orqan tərəfindən bu Qayda ilə müəyyən edilmiş tələblərə əməl olunmadığını müəyyən etdikdə, çatışmazlıqlar göstərilməklə onların aradan qaldırılması üçün hesabatı geri qaytarır. Tənzimləyici təsirin təhlilini aparan orqan 5 (beş) iş gün müddətində çatışmazlıqları aradan qaldırmalı və tamamlanmış hesabatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təkrar təqdim etməlidir;
-
7.4 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı Ədliyyə Nazirliyinin hüquqi mövqeyi hesabatın daxil olduğu tarixdən sonra 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunur və hesabata dair rəyə daxil edilir;
-
7.5 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hesabatın daxil olduğu tarixdən başlayaraq, 20 (iyirmi) iş günü müddətində hazırlanır və tənzimləyici təsirin təhlilini aparan orqana təqdim olunur;
-
7.6 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinin forması Komissiya tərəfindən təsdiq edilir.
-
8 Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabata və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinə Komissiyada baxılması mərhələsi özündə aşağıdakıları ehtiva edir:
-
8.1 tənzimləyici təsirin təhlilini aparan orqan lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyini daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Komissiyaya təqdim edir. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabata və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinə Komissiyanın iclasında baxılır və aşağıdakılar barədə qərarlar qəbul olunur:
-
8.1.1 lisenziya və icazə müəyyən edən qanunlarda qarşıya qoyulan məqsədlərə nail olunub-olunmaması;
-
8.1.2 lisenziyanın və icazənin tətbiqinin müsbət və mənfi nəticələrinin qiymətləndirilməsi;
-
8.1.3 sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğunun aşkar olunub-olunmaması;
-
8.2 lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabata və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyinə Komis-siyanın iclasında baxılmasının nəticəsinə dair iclasın protokolu tərtib olunur. Protokolda bu Qaydanın 3.8.1-ci yarımbəndində göstərilən məsələlər və lisenziya və icazə müəyyən edən qanunda dəyişiklik edilmədən saxlanılmasına və ya ləğv olunmasına, dəyişiklik edilməsinə dair qanun layihəsi, habelə digər tədbirlərin görülməsi ilə bağlı qəbul olunan qərarlar öz əksini tapır. Komissiyanın qərarı qanuna uyğun tədbirlərin görülməsinə dair tapşırıq verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir;
-
8.3 Azərbaycan Respublikasının Nazirlər Kabineti Komissiyanın qərarı ilə razılaşdıqda, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45-ci və 46-cı maddələrinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqan və təşkilatlarına tapşırıqlar verir.
____________________
№-li nüsxə
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.