Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 423 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il

 

 

Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2018-2022-ci illər üçün açılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2017-ci ildə şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddətinin başa çatdığını və 2018-2022-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, təsərrüfatbaşına uçot sənədlərinin yeni nümunələrini çap etdirərək 2017-ci il oktyabr ayının  1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2018-2022-ci illər üçün yeni uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2018-2022-ci illər üçün şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi üçün 2017-ci ilin dövlət büdcəsində lazım olan maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutsun.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında