Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 324

 

 

Bakı şəhəri, 23 iyul 2018-ci il

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk-turuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli 1905 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Preambulada “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissədə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” və “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə, “rayon (şəhər) müfəttişliklərinin” sözləri “tabeliyində olan regional bölmələrinin” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.”.

5. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar” üzrə:

5.1. adında “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə əvəz edilsin;

5.2. 1.1-ci bənddə (hər iki halda) “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə, “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

5.3. mətn üzrə ismin müvafiq hallarında “Dövlət Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

5.4. 2.3.2-ci yarımbəndin dördüncü cümləsində və 2.3.3-cü yarımbəndin üçüncü cümləsində “Müfəttişliyi” sözü “Xidməti” sözü ilə, 16.5-ci və 16.6-cı şəkillər yeni şəkillərlə əvəz edilsin:

5.5. 2.3.7.3-cü yarımbənddə “baş məsləhətçilər” sözləri “sektor müdirləri” sözləri ilə əvəz edilsin;

5.6. 2.3.7.4-cü yarımbənddə “aparıcı məsləhətçilər” sözləri “baş məsləhətçilər və tabeliyində olan regional bölmələrinin rəisləri” sözləri ilə əvəz edilsin;

5.7. 2.3.7.6-cı yarımbənddə “rayon (şəhər) müfəttişliklərinin rəisləri” sözləri “aparatında aparıcı məsləhətçi və məsləhətçiləri” sözləri ilə əvəz edilsin;

5.8. 2.3.7.7-ci yarımbənddə “rayon (şəhər) müfəttişliklərinin baş məsləhətçi müfəttişləri” sözləri “tabeliyində olan regional bölmələrinin baş məsləhətçiləri” sözləri ilə əvəz edilsin;

5.9. 2.3.7.8-ci yarımbənddə “rayon (şəhər) müfəttişliklərinin məsləhətçi müfəttişləri” sözləri “tabeliyində olan regional bölmələrinin məsləhətçiləri” sözləri ilə əvəz edilsin;

5.10. 2.3.7.9-cu yarımbənddə “rayon (şəhər)” sözləri “tabeliyində olan regional bölmələrinin” sözləri ilə əvəz edilsin.

 

 

Azərbaycan Respublikasının

                       Baş naziri  Novruz Məmmədov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında