Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 315

 

Bakı şəhəri, 20 iyul 2018-ci il

“Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nın təsdiq edilməsi haqqında

 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması” təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan Respublikasının

                       Baş naziri Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 20 iyul

tarixli 315 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi

istifadə edilməsi ilə bağlı

 

M Ə L U M A T I N     F O R M A S I

         

 

İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlan-dırmaq məqsədi ilə operator (ödənişli avtomagistralın sahibi) aşağıdakı məlumatı  təqdim edir:

 

Ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında ______________________________________________

____________________________________________________________________________________________________________

 

Operatorun  tam rəsmi adı, ünvanı ______________________

______________________________________________________

______________________________________________________

 

Operatorun dövlət qeydiyyatı haqqında məlumat ___________

______________________________________________________

______________________________________________________

 

Operator tərəfindən təqdim olunan müqavilənin şərtləri və ödəmə qaydaları _________________________________________

__________________________________________________________________________________________________________________________________________________________________

 

Müxtəlif kateqoriyalı nəqliyyat vasitələri istifadəçiləri üçün ödənişin məbləği, gedişin ödənilməsi qaydası, üsulları (formaları) və sistemi haqqında ________________________________________

____________________________________________________________________________________________________________

 

Ödəniş olunmadan gediş hüququna malik istifadəçilərin siyahısı________________________________________________ ______________________________________________________

______________________________________________________

 

Operatorun qəza xidmətinin ünvanı və telefon nömrəsi haqqında_______________________________________________ ______________________________________________________

______________________________________________________

 

İstifadəçilərin hüquqlarının qorunmasını həyata keçirən operatorun bölməsinin ünvanı və pulsuz telefon nömrəsi haqqında  ______________________________________________________

____________________________________________________________________________________________________________

 

Ödənişli avtomagistralda xidmət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinin  ünvanı və telefon nömrəsi haqqında ______________________________________________

____________________________________________________________________________________________________________

 

Qeyd. Məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılır. Ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması haqqında məlumat verən yol nişanı quraşdırılır. Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim edilir.

 

_________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında