Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 281

Bakı şəhəri, 27 iyun 2018-ci il

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960; 2017, № 4, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

1.  Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”ndə:

1.1.   2.2.5-ci yarımbənd ləğv edilsin;

1.2.   3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

 “3.5. Liseydə təhsil müddəti 2 (iki) ildir və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir”;

1.3.   4.4-cü bənd ləğv edilsin;

1.4.   5.4-cü bənddə “IX” rəqəmləri “X” rəqəmi ilə, “14” rəqəmləri “15” rəqəmləri ilə, “16” rəqəmləri “17” rəqəmləri ilə və “VIII” rəqəmləri “IX” rəqəmləri ilə əvəz edilsin;

1.5.   5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Liseyə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılır. Liseyə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.”;

1.6.   6.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.”.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə:

2.1. 2.2.5-ci yarımbənd ləğv edilsin;

2.2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Liseydə təhsil müddəti 2 (iki) ildir və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir”;

2.3.   4.4-cü bənd ləğv edilsin;

2.4.   5.4-cü bənddə “IX” rəqəmləri “X” rəqəmi ilə, “14” rəqəmləri “15” rəqəmləri ilə, “16” rəqəmləri “17” rəqəmləri ilə və “VIII” rəqəmləri “IX” rəqəmləri ilə əvəz edilsin;

2.5.   5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Liseyə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılır. Liseyə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.”;

2.6.   6.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.”.

 

 

Azərbaycan Respublikasının

                       Baş naziri Novruz Məmmədov 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında