Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 270                                                                                                            Bakı şəhəri, 20 iyun 2018-ci il
“Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 687-VQD nömrəli Qanununun tətbiqi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1517 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
 “Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiya-sı Qaydası” təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2018-ci il 20 iyun tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası

QAYDASI

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarında xüsusi rütbələr verilməklə kiçik, orta və böyük rəis heyəti vəzifələrində çalışan əməkdaşların (bundan sonra − əməkdaş) attestasiyası keçirilməsi qaydasını müəyyən edir.

1.2. Hər bir fövqəladə hallar orqanlarının əməkdaşının 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.

1.3. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1.3.1. əməkdaşların tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi;

1.3.2. əməkdaşların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması;

1.3.3. əməkdaşların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması;

1.3.4. əməkdaşların təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçmələrinə zərurət dərəcəsinin müəyyən edilməsi;

1.3.5. kadrların irəli çəkilməsi məsələlərinin həyata keçirilməsi.

1.4. Aşağıdakı əməkdaşların attestasiyası keçirilmir:

1.4.1. hamilə qadınlar;

1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 

1.4.3. tutduğu vəzifədə faktiki olaraq 1 (bir) ildən az müddətdə qulluq keçən əməkdaşlar.

 

  1.  Attestasiyanın keçirilməsi qaydası

 

2.1. Attestasiya kollegial, obyektiv surətdə və zəruri hallarda müvafiq sahə üzrə müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir.

2.2. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası kollegial orqandır, azı 5 (beş) nəfərdən ibarət olmaqla, bütün hallarda tərkibi tək sayda yaradılır.

2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-2.4-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin korrupsiya ilə bağlı məlumatların verilməsi üçün müəyyən edilən struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

2.4. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydanın 2.7-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı attestasiya komissiyasının sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən əməkdaşların nəzərinə çatdırılır.

2.5. Attestasiyadan keçməli olan hər bir əməkdaşa attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

2.6. Xasiyyətnamədə əməkdaşın xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

2.7. Attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2.8. Əməkdaş attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən əməkdaşın fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

2.9. Əməkdaş üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin əməkdaş attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.

2.10. Əməkdaş üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin əməkdaş barədə Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirləri tətbiq edilə bilər.

2.11. Əməkdaşın attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

2.11.1. tutduğu vəzifəyə uyğun gəlir;

2.11.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

2.11.3. tutduğu vəzifəyə uyğun gəlmir.

2.12. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı fövqəladə hallar orqanları əməkdaşlarının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən fövqəladə hallar orqanları əməkdaşlarının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, xidməti fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyasının irəli sürdüyü tövsiyələr əsaslandırılmalıdır.

2.13. Əməkdaşın attestasiyası zamanı onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Əməkdaşın fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.14. Əməkdaşın fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən əməkdaşın iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.

2.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən əməkdaş tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan əməkdaş attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra əməkdaşa bildirilir.

 

  1.  Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi

 

3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydanın əlavəsində göstərilən attestasiya vərəqəsinə yazılır.

3.2. Attestasiyadan keçən əməkdaşın attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti arzusuna əsasən həmin əməkdaşa verilir.

3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, bu Qaydanın 2.12-ci bəndində qeyd olunan tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, aidiyyəti fövqəladə hallar orqanının rəhbəri tərəfindən müvafiq qərarlar qəbul edilir. Həmin qərarlar əməkdaşın attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul olunur. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında əməkdaşın aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

3.4. Əməkdaşın üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.

3.5. Əməkdaş attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

 

_______________________

 

 


“Fövqəladə hallar orqanları       əməkdaşlarının attestasiyası

                                                                    Qaydası”na əlavə

 

ATTESTASİYA VƏRƏQƏSİ

 

1.

Soyadı, adı və atasının adı _________________________________

 

 

2.

Doğulduğu il_____________________________________________

 

 

3.

Təhsili və ixtisasının artırılması barədə məlumat

 

 ______________________________________________________

 

(haranı və nə vaxt bitirmişdir,

 ______________________________________________________

   
 

təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı,

 ______________________________________________________

 

ixtisasını harada və nə vaxt artırmışdır)

 

 

4.

Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi) tarix _______________________________

 

  ______________________________________________________

 

  ______________________________________________________

 

 

5.

Ümumi əmək stajı

__________________

 

 

 

6.

Fövqəladə hallar orqanlarında xidmət illəri

__________________

 

 

7.

Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi

 

_____________________________________________________

 

_____________________________________________________

 

_____________________________________________________

 

 

8.

Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 

       
 

 

9.

Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri_______________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 

10.

Attestasiyadan keçən əməkdaşın rəy və təklifləri_______________

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 

11.

Səsvermənin nəticələrinə görə əməkdaşın fəaliyyətinə qiymət verilməsi

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 

11.1.

səslərin sayı: lehinə ______,  əleyhinə ______

 

 

12.

Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)

 

 _____________________________________________________

 

 _____________________________________________________

 

 

13.

Qeyd._________________________________________________

 

 _____________________________________________________

 
   

 

Attestasiya komissiyasının sədri

 __________ (imza)

/                           /

 

 

 

Attestasiya komissiyasının üzvləri:

__________ (imza)

/                           /

 

 

 

Attestasiya komissiyasının katibi

__________ (imza)

/                           /

 

 

 

 

Attestasiyanın tarixi “____” ________________il

 

Attestasiya vərəqəsi ilə tanış olmuşdur

_________________________ 

 

(attestasiyadan keçən şəxsin imzası)

14.

Attestasiyanın nəticələrinə görə rəhbərliyin qərarı və onun qəbul olunduğu tarix  ___________________________________________

 

_______________________________________________________

 

 

               
 

 

 

___________________

 

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında