Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 261          Bakı şəhəri, 11 iyun 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il   11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731,      № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 mart tarixli 118 nömrəli və 6 aprel tarixli 133 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Notariat fəaliyyəti sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən metodiki tövsiyələr hazırlanır.”.
2. 5-ci hissənin birinci abzasına birinci halda “verə bilər,” sözlərindən sonra “dövlət və bələdiyyə qurumlarından, habelə” sözləri əlavə edilsin, ikinci abzasda “xüsusi notariusun məsləhət-çilərinə” sözləri “xüsusi notariusun məsul əməkdaşlarına” sözləri ilə əvəz edilsin.
3. 7-ci hissə üzrə:
3.1. ikinci abzasa “fiziki və hüquqi şəxslərə” sözlərindən sonra “və ya onların nümayəndələrinə” sözləri əlavə edilsin;
3.2. dördüncü və onuncu abzaslara “orderi” sözündən sonra “və ya onun notariat qaydasında təsdiq edilmiş surəti” sözləri əlavə edilsin;
3.3. beşinci abzas  aşağıdakı redaksiyada verilsin:
“Konkret cinayət işləri ilə əlaqədar notariat hərəkətlərinə dair sənədlərin, eləcə də əsasında notariat hərəkəti aparılmış digər sənədlərin və ya notariat işinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidirlər. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir. Notariat işinin notariat qaydasında təsdiq edilmiş surəti saxlanılmaqla, əsli onu tələb edən orqana verilir. Götürülmüş sənədlərin zərurət aradan qalxdıqdan sonra qaytarılması notarius və ya Dövlət notariat arxivinin rəisi tərəfindən təmin edilməlidir.”;
3.4. üçüncü-iyirminci abzaslar müvafiq olaraq onuncu-iyirmi yeddinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü-doqquzuncu abzaslar əlavə edilsin:
“Bu şəxslərin müraciətləri əsasında notarius notariat kontorunda, Dövlət notariat arxivinin rəisi isə arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərin dublikatını, onlardan surət və çıxarışları müvafiq rüsum və haqlar ödənildikdən sonra həmin şəxslərə  təqdim edir.
Dövlət notariat arxivi ilə yanaşı, arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatların, habelə sənədlərin dublikatının, onlardan surət və çıxarışların əldə edilməsi ilə bağlı bu şəxslər notariat kontorlarına da müraciət edə bilərlər. 
Ərizədə müraciət edən şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiqlənir və sənədlərin daxilolma kitabında qeydə alınır. 
Bu halda notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatın və ya  həmin sənədlərin dublikatının alınması ilə bağlı müraciət “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə uyğun olaraq, notarius tərəfindən skan edilərək “Elektron notariat” informasiya sistemi vasitəsilə Dövlət notariat arxivinə göndərilir. Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərlə bağlı məlumatı sistem vasitəsilə notariat kontoruna göndərir. Notarius həmin məlumat əsasında müraciətə uyğun olaraq notariat hərəkəti barədə sənədlərlə əlaqədar məlumatı və ya həmin sənədin dublikatını hazırlayaraq müraciət edən şəxsə təqdim edir. 
Notariat hərəkətləri barədə sənədlərin surətlərinin və ya onlardan çıxarışların əldə edilməsi ilə bağlı müraciət notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə uyğun olaraq  sifarişli poçt vasitəsilə Dövlət notariat arxivinə göndərilir. 
Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərin surətlərini və ya onlardan çıxarışı təsdiq edərək, sifarişli poçt vasitəsilə notariat kontoruna göndərir. Dövlət notariat arxivindən göndərilən sənədlərin surətləri və ya onlardan çıxarış notariat kontorunda qəbul edilən sənədlərin qeydə alınması kitabına daxil edilir və müraciət etmiş şəxs həmin kitabda sənədi qəbul etməsi barədə qeyd yazmaqla və imzalamaqla notarius tərəfindən şəxsə bilavasitə təqdim edilir. 
Sənədlərin sifarişli poçt vasitəsilə göndərilməsi işinin təşkili ilə əlaqədar xərclər müraciət etmiş şəxs tərəfindən notariusa ödənilir.”.
4. 9-cü hissə üzrə:
4.1. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. 
Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur.”;
4.2. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır.”.
5. 10-cu hissə üzrə:
5.1. ikinci abzasda “Dövlət notariusları” sözləri “Notariuslar” sözü ilə əvəz edilsin;
5.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə haqlar tutulur.”;
5.3. aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:
“Dövlət rüsumu və haqlar nağd, elektron ödəmə sistemləri, o cümlədən notariat kontorunda olan ödəniş köşkləri və internet vasitəsilə və ya köçürmə yolu ilə ödənilir. 
Nağd şəkildə ödəmə barədə ödəyiciyə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, eləcə də internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim edilir.”.
6. 12-ci hissə üzrə:
6.1. birinci abzasdan “və Vergilər Nazirliyinin” sözləri çıxarılsın və həmin abzasa “məlumat” sözündən sonra “və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat)” sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda üçüncü və dördüncü abzaslar əlavə edilsin:
“Elektron notariat” informasiya sisteminə ötürülən məlumatların dəqiqliyinin təmin olunması üçün ay ərzində aparılan notariat hərəkətlərinə dair statistik hesabat təqvim ayı bitdikdən sonra növbəti ayın 7-dək müəyyən edilmiş forma üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İki nüsxədə tərtib olunan hesabat notariusun imzası və möhürü ilə təsdiq edilir. Hesabatın bir nüsxəsi notariat kontorunda saxlanılır. 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə notariat hərəkətlərinin sayı barədə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən tutulan dövlət rüsumu və xüsusi notariuslar tərəfindən tutulan haqlar barədə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə dövlət notariusları tərəfindən tutulan haqq barədə statistik məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə, bu mümkün olmadığı halda isə kağız daşıyıcılarda təqdim edilir.”.
7. 12-1-ci hissədə “renta və s.” sözləri “renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri” sözləri ilə əvəz edilsin.
8. 13-cü hissənin altıncı abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı məzmunda altıncı, yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
“Notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir.
 “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə edilir və notariat sənədində əks olunur. Şəxsiyyət vəsiqəsinə dair məlumatların bu sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, notarius barəsində notariat hərəkəti aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması üçün əlavə tədbirlər görməlidir.
Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır.”.
9. Aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
“13-1. Notariat hərəkətlərinə dair sənədlər, o cümlədən ərizələr “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilir, sistemə daxil edilmiş məlumatlarda zəruri düzəlişlər isə notariusun imzası və gerbli möhürü ilə təsdiq edilmiş müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminin fəaliyyətini təşkil edən qurumu  tərəfindən aparılır.
Notariat qaydasında təsdiq edilmiş sənədlərin üzərində unikal, təkrarlanmayan identifikasiya nömrəsi əks olunmuş təhlükəsizlik kodundan ibarət barkod yerləşdirilir. Bu cür sənədlər notariuslara təqdim edildikdə, onun həqiqiliyi barkod-skanerlər vasitəsilə yoxlanılır.
Barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks olunur.
“Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda qohumluq əlaqəsi göstərilməlidir.”.
10. 15-ci hissənin üçüncü abzasına “yer” sözündən sonra “, vaxt” sözü əlavə edilsin.
11. Aşağıdakı məzmunda 15-1-ci hissə əlavə edilsin: 
“15-1. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıq-larının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir:
15-1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək barədə həbs yerinin müdiriyyəti vasitəsilə göndərdiyi müraciətləri və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat kontoruna daxil olduqdan sonra notarius həbs yerinin müdiriyyəti ilə razılaşdırılmaqla, notariat hərəkətinin aparılması gününü və vaxtını müəyyən edir; 
15-1.2. notariat hərəkətinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən həbs yerində saxlanılan şəxsin şəxsiyyətini təsdiq edən sənəd notariusa təqdim edildikdən sonra onunla həbs yerinin müdiriyyətinin notariat hərəkətinin aparılması üçün müəyyən etdiyi yerdə notariat hərəkəti aparılır; 
15-1.3. həbs yerlərində saxlanılan şəxsin müraciəti və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat işində saxlanılır;
15-1.4. həbs yerlərində saxlanılan şəxslər barəsində notariat hərəkətləri həbs yerlərinin olduğu inzibati ərazi üzrə notariat kontorunun notariusu tərəfindən aparılır.”.
12. Aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilsin:
“16-1. Müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. 
Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat kontorunun adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və “Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir. 
Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur.”.
13. 17-ci hissənin altıncı abzasının ikinci cümləsi çıxarılsın.
14. 18-ci hissədə “Əqdlər təsdiq edilərkən və bəzi başqa notariat hərəkətləri aparılarkən (məsələn, sənəddəki imzanın həqiqiliyi təsdiq olunarkən) notarius” sözləri “Notarius” sözü ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu zaman əqd iştirakçıları, şahidlər və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslər özlərinin yazı xətti ilə soyadını, adını, atasının adını yazdıqdan və imza etdikdən sonra həmin sənədlər notariat qaydasında təsdiq olunur.”.
15. 19-cu hissə üzrə:
15.1. ikinci abzasda “əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi,” sözləri “əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi,” sözləri ilə əvəz edilsin; 
15.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Notariat hərəkətinin aparılması üçün nümayəndə müraciət etdikdə, etibarnamə verən şəxsin (mülkiyyətçinin) nikahda olması və ölməsi halı bu Təlimatın 13-cü hissəsinin altıncı abzasında göstərilmiş qaydada yoxlanılır.”.
16. 20-ci hissənin ikinci cümləsinə “imzalayan şəxs” sözlərindən sonra “notariusun iştirakı ilə yenidən imzalamaqla, həmin”  sözləri əlavə edilsin.
17. 25-ci hissə üzrə:
17.1. ikinci abzasa “yaşayış yeri” sözlərindən sonra “və doğum tarixi” sözləri əlavə edilsin;
17.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli, sənədin tikildiyi hissəyə ulduzvari rəngli kağız və ya zərvərəq yapışdırılmalı və notariusun imzası və möhürü ilə təsdiq edilməlidir. Möhür elə vurulmalıdır ki, onun bir hissəsi rəngli ulduzvarı kağızın və ya zərvərəqin üzərinə düşsün. Əcnəbi vətəndaşlar adından əqdlər təsdiq edilərkən onların vətəndaşlığı da göstərilir.”;
17.3. altıncı abzasdan “tərəflərin imzalamadıqları” sözləri çıxarılsın.
18. 26-cı hissə üzrə:
18.1. birinci abzasın birinci cümləsindən “onu düzəltməyi və ya” sözləri çıxarılsın, ikinci cümləsinə “əqdlərin” sözündən sonra “, ərizələrin” sözü əlavə edilsin və həmin cümlədə “dövlət notariusu” sözləri “notarius” sözü ilə əvəz edilsin;
18.2. ikinci abzasın birinci cümləsinə “Təsdiq edilən” sözlərindən sonra “(əqdlər, ərizələr və s.)” sözləri və “və ya verilən sənədlər” sözlərindən sonra “(şəhadətnamələr)” sözü əlavə edilsin.
19. 27-ci hissə üzrə:
19.1. birinci abzasdan birinci halda “təsdiq edərkən” və “şəxsi” sözləri çıxarılsın;
19.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Təsdiq qeydinin mətni kompüter vasitəsilə yazılır və “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənəddə yerləşdirilir.”.
20. 29-cu hissə üzrə:
20.1. birinci abzasa “notariat hərəkətləri” sözlərindən sonra “kağız və elektron formada aparılan” sözləri əlavə edilsin;
20.2. ikinci abzasın birinci cümləsində “Reyestrlər” sözü “Kağız daşıyıcıda olan reyestrlər” sözləri ilə əvəz edilsin;  
20.3. üçüncü abzasın birinci cümləsi çıxarılsın;
20.4. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:
“sənədin leqallaşdırılması və ya ona apostil verilməsi “6-L” reyestrinə;
etibarnamələrin təsdiqi “7-E” reyestrinə;”;
20.5. onuncu abzasda “qalan bütün notariat hərəkətləri “7-E” reyestrinə qeyd edilir” sözləri “qalan digər notariat hərəkətləri və sənədlərin dublikatının verilməsi “8-İ” reyestrinə qeyd edilir” sözləri ilə əvəz edilsin; 
20.6. on dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Kağız reyestrdə karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir. Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər notariusun imzası və möhürü ilə təsdiq olunmalıdır.”;
20.7. üçüncü-on dördüncü abzaslar müvafiq olaraq dördüncü-on beşinci abzaslar hesab edilsin və  aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Elektron formada olan notariat reyestrində qeyd edilən notariat hərəkətləri barədə məlumatlar birbaşa “Elektron notariat” informasiya sisteminə daxil edilir və daimi orada saxlanılır.”;
20.8. aşağıdakı məzmunda on altıncı-iyirmi səkkizinci abzaslar əlavə edilsin:
“Elektron reyestrdə düzəlişlər notariusun yazılı müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminin fəaliyyətini təşkil edən qurumu tərəfindən aparılır.
 Notariat hərəkətlərinin kağız daşıyıcıda olan reyestrdə qeyd olunması ilə bağlı səhv aşkar edildikdə, bu barədə notarius tərəfindən akt tərtib edilməli, imzalanmalı və həmin reyestrdə müvafiq qeyd aparılmalıdır. Bu düzəlişlər statistik hesabat hazırlanarkən nəzərə alınır.
Notariat hərəkətinin qeydiyyatı üçün kağız daşıyıcıda olan reyestrin tərtib edilməsi aşağıdakı qaydada həyata keçirilir:
1-ci qrafada ilin əvvəlindən başlayaraq notariat hərəkətinin nömrəsi yazılır. Notariat hərəkətinin reyestrdə qeyd edildiyi nömrə sənədin təsdiq qeydində  göstərilir;
2-ci qrafada notariat hərəkətinin aparıldığı tarix göstərilir, bu tarix təsdiq qeydində və notariat sənədində göstərilən tarixlə eyni olmalıdır;  
3-cü qrafada barəsində notariat hərəkəti aparılmış hüquqi şəxsin adı və ya fiziki şəxslərin, yaxud onların nümayəndələrinin soyadı, adı, atasının adı və yaşadığı yer, müstəqil imza edə bilməyənin əvəzinə imza edən şəxsin, eləcə də tərcüməçinin soyadı, adı, atasının adı qeyd edilir. Sənədin surətinin düzgünlüyünün təsdiq edilməsi üçün sənədin məxsus olduğu şəxsin xahişi ilə digər şəxs müraciət etdikdə, həmin şəxsin soyadı, adı, atasının adı və ünvanı yazılmalıdır;
4-cü qrafada notariat hərəkətinin aparılması üçün müraciət edənin şəxsiyyətinin müəyyən edilməsi üçün təqdim edilən şəxsiyyət vəsiqəsi və ya digər sənədin seriyası, nömrəsi, sənədi verən orqan və verilmə tarixi, şəxsin doğum tarixi göstərilir;
5-ci qrafada nüsxəsi notariat kontorunda saxlanılmayan sənədin adı, qısa məzmunu, sənədin məxsus olduğu fiziki və hüquqi şəxs barədə yazılmalıdır. Məsələn, “.....məxsus doğum haqqında şəhadətnamədən surət ..... tarixdə, ...... nömrə ilə ..... verilmişdir.”, yaxud “diplomdan 2 surət. ..... tarixdə, ..... nömrə ilə ..... verilmişdir.”. 
Əgər bir sənədin bir neçə surəti təsdiq edilərsə nüsxələrin, təsdiq olunan surət bir neçə səhifədən ibarət olduqda isə səhifələrin sayı göstərilməlidir. 
Əqdlər təsdiq edilərkən, onun nüsxəsi notariat kontorunda saxlanıldığı üçün 5-ci qrafada əqdin növü göstərilir. Məsələn, “Evin alqı-satqısına dair müqavilə”, “Vəsiyyətnamə”.
Verilmiş şəhadətnamələr də bu qaydada yazılır (qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, şəxsin sağ olması faktının təsdiq edilməsi və s. haqqında şəhadətnamələr).
6-cı qrafada dövlət notariuslarının tutduğu dövlət rüsumu və haqqın məbləği ayrılıqda, azadolmaların əsası, xüsusi notariuslar tərəfindən tutulan haqlar isə bütövlükdə göstərilir. Əgər dövlət rüsumu və haqlar qaytarılarsa, bu barədə də qeyd müvafiq qrafada aparılır.
7-ci qrafada notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər yazı xətti ilə soyadını, adını və atasının adını yazdıqdan sonra imzalamalıdırlar.”.
21. 31-ci hissə üzrə:
21.1. birinci abzasda “sənədlər” sözü “sənədlərin əsli” sözləri ilə əvəz edilsin;
21.2. ikinci abzasın birinci cümləsinə “onların” sözündən sonra “notariat qaydasında təsdiq edilmiş” sözləri əlavə edilsin, ikinci və üçüncü cümlələr çıxarılsın;
21.3. üçüncü abzasda “müraciət edən şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin” sözləri “müraciət etmiş fiziki şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatların nümayəndə-lərinin və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini və səlahiyyətini, habelə hüquqi şəxsin hüquq qabiliyyətini və qanuni təmsilçinin” sözləri ilə əvəz edilsin;
21.4. dördüncü abzasda “verilərkən onların qeydiyyat şəhadətnamələri (texniki pasportları) notariusda saxlanılmır” sözləri “verilərkən, qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surəti notariat işində saxlanılır” sözləri ilə əvəz edilsin.
22. 34-cü hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir.”.
23. 36-cı hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır.
Həmin qərarda aşağıdakılar göstərilir:
qərarın çıxarıldığı tarix;
qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat kontorunun adı və ünvanı;
notariat hərəkətinin aparılması üçün müraciətin edildiyi tarix və müraciət edən şəxs barədə məlumatlar (fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini müəyyən edən sənəd və onun rekvizitləri, yaşayış yeri, əcnəbilərə münasibətdə – həmçinin vətəndaşlığı, hüquqi şəxsə münasibətdə – tam adı, VÖEN;
aparılması üçün müraciət edilən notariat hərəkətinin məzmunu (xahişin qısa məzmunu);
qanuna istinad olunmaqla, notariat hərəkətinin aparılmasından imtina edilməsinin əsasları;
imtina ilə bağlı məhkəməyə müraciət edilməsi qaydası.
Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar iki nüsxədə tərtib olunur, notariusun imzası və möhürü ilə təsdiq edilir və göndərilən sənədlərin qeydə alınması kitabında qeyd olunur. Nüsxələrdən biri ərizə ilə müraciət etmiş şəxsə imza etdirilməklə təqdim olunur və ya poçt vasitəsilə ünvana göndərilir, digəri isə notariat kontorunda saxlanılır.”.
24. 39-cu hissə üzrə:
24.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Notarius əqd iştirakçılarının yaşı ilə əlaqədar fəaliyyət qabiliyyətini onun şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edir.”;
24.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər qanuni nümayəndələrinin (valideynlərindən biri öldükdə, xəbərsiz itkin düşdükdə, bu halı təsdiq edən müvafiq sənədlər olduqda onlardan birinin), habelə övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə əqdləri bağlaya bilərlər. Razılıq barədə ərizə həmin notariat kontorunda notariat qaydasında təsdiq edilməli, bundan sonra əqd yetkinlik yaşına çatmamış və ya himayədə olan şəxs tərəfindən imzalanmalıdır.”;
24.3. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“Valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşaqlarına məxsus olan əmlaka sərəncam verilməsinə dair müqavilələr rəsmiləşdirilərkən də bu qaydalar tətbiq edilir.”;
24.4. dördüncü-altıncı abzaslar müvafiq olaraq beşinci-yeddinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Müqavilədə yetkinlik yaşına çatmamış şəxsin yaşı, habelə müqaviləni onun adından bağlayan şəxslərin səlahiyyəti (qohumluq əlaqəsini təsdiq edən sənəd və ya məhkəmə qətnaməsi, yaxud qəyyumluq və himayəçilik orqanının qərarı əsasında) barədə məlumat əks olunur. Bu müqavilə qanuni nümayəndə və ya qəyyum tərəfindən imzalandıqdan sonra notariat qaydasında təsdiq edilir.”.
25. 41-ci hissə üzrə:
25.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa, nizamnaməyə və ya əsasnaməyə əsasən hüquqi şəxsin və ya onun filial və nümayəndəliklərinin rəhbərləri əqd bağlamaq hüququna malikdirlərsə, notariuslar etibarnamə tələb etmirlər. Bu halda yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması yoxlanılır.”;
25.2. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: 
“Notariat işində hüquqi şəxsin dövlət qeydiyyatına dair reyestrdən çıxarışın, habelə filial və nümayəndəliklərin rəhbərinə verilmiş etibarnamənin notariat qaydasında təsdiq edilmiş surəti saxlanılır.”.
26. 42-ci hissə üzrə:
26.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir.”;
26.2. ikinci abzas çıxarılsın;
26.3. üçüncü abzasa “əmlakın özgəninkiləşdirilməsi” sözləri “əmlaka sərəncam verilməsi” sözləri ilə əvəz edilsin;
26.4. dördüncü abzasa “tələbi ilə” sözlərindən sonra “notariat qaydasında təsdiq edilmiş surəti notariat işində saxlanılmaqla” sözləri əlavə edilsin;
26.5. ikinci-dördüncü abzaslar müvafiq olaraq yeddinci-doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci-altıncı abzaslar əlavə edilsin:
“Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.
Əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulduqda, müqavilənin ləğv edilməsinə dair müqavilə yalnız onun götürülməsindən sonra bağlanıla bilər.
Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat kontorunda müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir.
Eyni zamanda, bu barədə yazılı məlumat notarius tərəfindən ləğv edilən notariat hərəkətini aparmış notariat kontoruna və ya notariat işinin saxlanıldığı Dövlət notariat arxivinə verilməlidir. Həmin məlumat əsasında digər notariat kontorunda və ya Dövlət notariat arxivində müqavilənin saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılır. 
Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilərkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışdırsa, daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış və ərin (arvadın) razılığı tələb edilmir.”.
27. 43-cü hissədə “əmlakın (yaşayış evi, mənzil və s.) özgəninkiləşdirilməsi” sözləri “əmlaka (yaşayış evi, mənzil və s.) sərəncam verilməsi” sözləri ilə, “pozulması haqqında saziş” sözləri “dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müqavilə” sözləri ilə əvəz edilsin.
28. 44-cü hissə üzrə:
28.1. birinci abzasa “və digər sənədlər” sözlərindən sonra “(ərizələr istisna olmaqla)” sözləri əlavə edilsin;
28.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Əqd iştirakçılarının xahişi ilə aparılmış notariat hərəkətləri barədə “Elektron notariat” informasiya sistemindən çıxarış verilir.”.
29. II fəslin adı aşağıdakı redaksiyada verilsin:
“Əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələrin təsdiqi”.
30. 46-cı hissə və 47-ci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“46. Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1292-ci maddəsinə uyğun olaraq mirasın öz aralarında bölüşdürülməsi məqsədi ilə miras şəriklərinin paylarına dair sərəncam verməsi barədə müqavilələr notarius tərəfindən təsdiqlənməlidir.
47. Qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini, digər hallarda isə surətini notariat işinə əlavə edir.”.
31. 48-ci hissə üzrə:
31.1. birinci abzasa “Daşınmaz əmlak” sözlərindən sonra “(o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak)” sözləri əlavə edilsin;
31.2. dördüncü abzasda “Daşınmaz əmlak” sözləri “Əmlak” sözü ilə əvəz edilsin və həmin abzasdan “borcun əmlakı əldə edənin adına keçirilməsinə dair” sözləri çıxarılsın;
31.3. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Əmlak üzərinə məhkəmə tərəfindən həbs qoyulmuşdursa, həmin əmlaka sərəncam verilməsi haqqında müqavilənin təsdiqinə dair notariat hərəkətləri həbs götürülənədək dayandırılır.”.
32. Aşağıdakı məzmunda 48-1-ci hissə əlavə edilsin:
“48-1. Notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır.”.
33. 49-cu hissə üzrə:
33.1. birinci abzasda “Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin” sözləri “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində” sözləri ilə əvəz edilsin;
33.2. ikinci abzasda “özgəninkiləşdirilməsi və ya girov qoyulması” sözləri “satılması və ya dəyişdirilməsi” sözləri ilə əvəz edilsin;
33.3. üçüncü abzasda “özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına” sözləri “satılmasına və ya dəyişdirilməsinə dair” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir.”;
33.4. beşinci abzasdan “bağışlanmasına”, “və ya girov qoyulmasına” və “özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən” sözləri çıxarılsın; 
33.5. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun.”;
33.6. səkkizinci abzas üzrə: 
33.6.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır.”;
33.6.2. ikinci cümlədə “Əgər özgəninkiləşdirilən və ya girov qoyulan əmlakın” sözləri “Əgər sərəncam verilən əmlakın” sözləri ilə əvəz edilsin;
33.7. on birinci abzasda “Paylar məlum olan ümumi” sözləri “Ümumi paylı” sözləri ilə, “göndərə bilər” sözləri “göndərir” sözü ilə əvəz edilsin;
33.8. on ikinci abzasda “Paylar məlum olan ümumi” sözləri “Ümumi paylı” sözləri ilə əvəz edilsin;
33.9. on üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Əmlakdakı payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin, ümumi paylı mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamadıqda və onların ünvanı məlum olmadıqda da təsdiq edilə bilər. Notarius bu halı yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və ya Əhalinin Dövlət Reyestri və yaxud “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə yoxlayır.”;
33.10. on dördüncü abzasda “ipoteka qoya bilər” sözləri “ipoteka qoya və istifadəyə (icarəyə, kirayəyə və s.) verə bilər” sözləri ilə əvəz edilsin;
33.11. dördüncü və yeddinci abzaslar çıxarılsın; 
33.12. ikinci-on üçüncü abzaslar müvafiq olaraq səkkizinci-on doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci-yeddinci abzaslar əlavə edilsin:
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən  fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir.
Notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilədə belə müddət nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsi tətbiq edilir.
Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir. 
Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. 
Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir.
“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir.”.
34. 52-ci hissə üzrə:
34.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Daşınmaz əmlakın müəyyən hissəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, bu müqavilənin mətnində tərəflərin istəyinə uyğun olaraq həm əmlakın konkret hissələri (mərtəbə, otaq, yaşayış və torpaq sahəsinin konkret ölçüsü), həm də riyazi paylar (1/2; 1/3) göstərilə bilər.”;
34.2. ikinci abzasda “payın özgəninkiləşdirilməsi” sözləri “paya sərəncam verilməsi” sözləri ilə əvəz edilsin;
34.3. üçüncü abzasda “saziş” sözü “müqavilə” sözü ilə, dördüncü abzasda “sazişlər” sözü “müqavilələr” sözü ilə əvəz edilsin.
35. 53-cü hissədə “payın özgəninkiləşdirilməsi” sözləri “paya sərəncam verilməsi” sözləri ilə, hər iki halda “saziş” sözü “müqavilə” sözü ilə əvəz edilsin.
36. 54-cü hissə üzrə:
36.1. birinci abzasda “saziş” sözü “müqavilə” sözü ilə əvəz edilsin;
36.2. üçüncü abzasda “Daşınmaz əmlakı üçün məlum olan ümumi” sözləri “Ümumi” sözü ilə, hər iki halda “saziş” sözü “müqavilə” sözü ilə əvəz edilsin;
36.3. dördüncü abzas çıxarılsın.
37. 75-ci hissənin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifikasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir. Həmin məlumatları informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, notarius daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair sənədləri tələb edərək müvafiq məlumatları etibarnamədə qeyd edir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir.”.
38. 76-cı hissə ləğv edilsin.
39. 77-ci hissə üzrə:
39.1. ikinci abzasın ikinci cümləsinə “həmçinin” sözündən sonra “, ona təqdim edilmiş” sözləri əlavə edilsin;
39.2. üçüncü abzas çıxarılsın.
40. 79-cu hissənin dördüncü-səkkizinci abzasları müvafiq olaraq beşinci-doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Etibarnamədə, onun dublikatının etibar edilən şəxs tərəfindən əldə etmək səlahiyyətinin olub-olmaması barədə qeyd yazılmalıdır.”.
41. V fəslin adı aşağıdakı redaksiyada verilsin:
“Mirasın qorunması”.
42. 92-ci hissənin birinci abzası üçüncü abzas hesab edilsin və aşağıdakı məzmunda  birinci və ikinci abzaslar əlavə edilsin:
“Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab edilir.
Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.”.
43. 93-cü hissəyə aşağıdakı məzmunda ikinci-beşinci abzaslar əlavə edilsin:
“Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilmişdirsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab edilir.
Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər aşağıdakılar hesab edilir:
fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə;
şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı.”.
44. 94-cü hissəyə aşağıdakı məzmunda ikinci-dördüncü abzaslar əlavə edilsin:
“Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir.
Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir.”.
45. 95-ci hissə aşağıdakı redaksiyada verilsin:
“95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. 
Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir.
Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır.
Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.”.
46. 96-cı hissənin ikinci abzasının birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “vərəsəlik hüququ haqqında şəhadətnamə” sözləri ismin müvafiq hallarında “vərəsəlik şəhadətnaməsi” sözləri ilə, ikinci cümləsində “ifadə edilməlidir” sözləri “ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır” sözləri ilə əvəz edilsin.
47. 97-ci hissənin ikinci abzasında “Dövlət Əmlakı Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri ilə əvəz edilsin.
48. 98-ci hissə üzrə:
48.1. dördüncü abzasa aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat kontoruna mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanır.”;
48.2. üçüncü abzas çıxarılsın.
49. 99-cu hissə üzrə:
49.1. ikinci abzasa “Vərəsə” sözündən sonra “mirasın açıldığı gündən altı ay ərzində” sözləri və “barədə” sözündən sonra “yazılı formada notariat qaydasında təsdiq edilmiş” sözləri əlavə edilsin;
49.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər:
vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması  (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;
mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd;
mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd;
mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;
miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
50. 100-cü hissənin üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir.”.
51. 102-ci hissə üzrə:
51.1. birinci abzasda “vərəsəliyin” sözü “mirasın” sözü ilə əvəz edilsin və həmin abzasa “yolu ilə” sözlərindən sonra “, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun” sözləri əlavə edilsin;
51.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.”;  
51.3. dördüncü abzasda “vərəsəliyin” sözü “mirasın” sözü ilə, “qətnaməsinin surətini” sözləri “qətnaməsini” sözü ilə əvəz edilsin;
51.4. beşinci abzasda “yaş kağızı kitablarından çıxarışlar” sözləri “arayışları, eləcə də akt qeydlərindən çıxarışlar” sözləri ilə,  “qətnamələrinin surəti” sözləri “qətnamələri” sözü ilə əvəz edilsin;
51.5. yeddinci abzasda “yazılı” sözü “notariat qaydasında təsdiq edilmiş” sözləri ilə əvəz edilsin;
51.6. altıncı abzas çıxarılsın.
52. 104-cü hissənin birinci abzasından “müvafiq sübutlar tələb etmək yolu ilə” sözləri çıxarılsın.
53. 105-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Vərəsənin arzusu ilə ona vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti verilə bilər.”.
54. 109-cu hissənin ikinci abzası çıxarılsın.
55. 110-cu hissə aşağıdakı redaksiyada verilsin:
“110. Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.
Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınır. 
 Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunur və notariat qaydasında təsdiq edilir. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil edilir. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılır.
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikilir.
Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında  ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.
Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir.
Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat kontorunun adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır.
Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı vardırsa, notarius ona təklif edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. 
Bu ərizədə mirasın qəbul edilməsi barədə iradə ifadəsi əks olunmalı və ünvanlandığı notariat kontorunun adı, ərizəçinin  soyadı, adı və atasının adı, ünvanı, mirasın açıldığı vaxt, miras qoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilməlidir.
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən verilir. Ərizədə onun yetkinlik yaşına çatmamışın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd edilir.
Vərəsə tərəfindən ərizəsinə əlavə edilmiş miras qoyanın ölümü haqqında şəhadətnamə, onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd və ya ləğv edilməmiş və yaxud dəyişdirilməmiş vəsiyyətnamə, eləcə də mirasın açıldığı yer barədə müvafiq sənəd və ya məlumat əsasında ölənin adına vərəsəlik işi açılır və bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilir.
Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də daxilolma kitabında qeydə alınır.
Ərizələrin yuxarı sağ küncünə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi qeyd edilir.
Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat kontorunda saxlanılan nüsxəsi notariat işinə tikilir.”.
56. 113-cü hissənin ikinci cümləsi çıxarılsın.
57. 114-cü hissə üzrə:
57.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Əmlakın tərkibinə dövlət qeydiyyatına alınmış daşınmaz və daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmış əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır.  Bu məqsədlə mülkiyyət hüquqları barədə məlumatları əmlakın reyestrini aparan orqanların mövcud informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda, həmin orqanlardan müvafiq arayış tələb edir.”;
57.2. ikinci abzasın birinci cümləsində “Evin tikintisi və ya əsaslı təmiri üçün verilmiş borcla əlaqədar olaraq evin” sözləri “Kredit borcuna görə əmlakın” sözləri ilə əvəz edilsin;
57.3. üçüncü abzasda “Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz” sözləri “Daşınmaz” sözü ilə əvəz edilsin.
58. 115-ci hissənin üçüncü cümləsindən “(əşyaya)” sözü çıxarılsın.
59. 118-ci hissədə “nikah müqaviləsi” sözləri “həmçinin nikah müqaviləsinin olması yoxlanılaraq mövcud olduğu halda” sözləri ilə əvəz edilsin.
60. 119-cu və 120-ci hissələr ləğv edilsin.
61. 124-cü hissə aşağıdakı redaksiyada verilsin:
“124. Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini, həmin sənədlər qanunazidd olmadıqda, hüquqi əhəmiyyət daşıdıqda, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilmədikdə, habelə sənədlər səlahiyyətli vəzifəli şəxsin imzası və müvafiq qurumun möhürü ilə təsdiqlənmiş olduqda təsdiq edilir.
Sənəddə gözlə görünən pozuntu, qaralama, təsdiq edilməmiş düzəlişlər olduqda, habelə bir neçə səhifədən ibarət sənəd tikilib, qaytanlanmadıqda həmin sənədin surəti təsdiq olunması üçün qəbul edilə bilməz.
Notariat qaydasında təsdiq edilmiş əqdlərin surəti “Elektron notariat” informasiya sistemi vasitəsilə onu təsdiq etmiş notariat kontorunda ləğv edilib-edilmədiyi yoxlanıldıqdan sonra təsdiq oluna bilər.
Fiziki şəxsin verdiyi ərizənin surətinin düzgünlüyü sənədin əslində həmin şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiq edilmiş olduqda təsdiq edilir.”.
62. 128-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir.”.
63. 132-ci hissənin ikinci abzasında “protokol, müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamə” sözləri “protokoldan çıxarış, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamənin surəti” sözləri ilə əvəz edilsin.
64. 133-cü hissə üzrə:
64.1. üçüncü abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir.”;
64.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq yeddinci və səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü-altıncı abzaslar əlavə edilsin:
“Sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır. Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır.
Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur.
Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmədiyi halda, notariusun izah və xəbərdarlıqları tərcüməçi tərəfindən müraciət etmiş şəxsə tərcümə olunmalı və bu barədə qeyd rəsmiləşdirilən sənəddə öz əksini tapmalıdır. Bu halda tərcüməçinin imzası notariat qaydasında təsdiq edilir.”.
65. 134-cü hissə üzrə:
65.1. dördüncü cümlədə “qeydi” sözü “qeydləri” sözü ilə əvəz edilsin və həmin  cümlə beşinci cümlə hesab edilsin.
65.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir.”. 
66. 135-ci hissənin ikinci cümləsinə “əslinə” sözündən sonra “və ya notariat qaydasında təsdiqlənmiş surətinə” sözləri əlavə edilsin.
67. 152-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Əgər kreditor icranın qəbulunu yubadırsa və onun olduğu yer məlum deyildirsə, borclu pulları və ya qiymətli kağızları kreditora verilməsi üçün notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulduğundan, borclu öz öhdəliyindən azad edilir.”.
68. 153-cü hissənin birinci abzasının birinci cümləsindən “və ya şifahi” sözləri çıxarılsın.
69. 158-ci hissə üzrə:
69.1. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“- mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat cəmiyyətlərinə, qeyri-kommersiya hüquqi şəxslərə və büdcə təşkilatlarına verilməli olan depozit məbləğləri bir il saxlanılır;”;
69.2. beşinci abzasda “dövlət büdcəsində və yerli büdcədə olan idarələrə” sözləri “büdcə təşkilatlarına” sözləri ilə əvəz edilsin.
70. 160-1-ci hissə üzrə:
70.1. birinci abzasa “məbləğindən” sözündən sonra “(beş min beş yüz manatdan)” sözləri əlavə edilsin; 
70.2. ikinci-səkkizinci abzaslar müvafiq olaraq üçüncü-doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.”;
70.3. dördüncü-doqquzuncu abzaslar müvafiq olaraq beşinci-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bank tərəfindən müəyyən edilmiş xidmət haqqını vəsaiti qəbul edəcək şəxs və ya onun nümayəndəsi ödəyir.”;
70.4. altıncı-onuncu abzaslar müvafiq olaraq yeddinci-on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə ipoteka predmeti satılarkən, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə uyğun olaraq bölüşdürülür.”.
71. 161-ci və 162-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən bu Təlimatın 149-150-ci hissələrində nəzərdə tutulmuş qaydada borcluya bildiriş verildikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi ilə müəyyən edilmiş müddətlər keçdikdə və öhdəlik bu müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə icra qeydləri aparır və barəsində notariat hərəkəti aparılmış həmin şəxsə verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır:
1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli;
2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş.
İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat kontoruna müraciət etdikdə, notarius kredit müqaviləsini təsdiq etmiş notariusun depozit hesabı vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu hissənin beşinci abzası borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
162. İcra qeydləri aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə.
Tələbkar və ya borclu fiziki şəxs olduqda, icra qeydi aparıldığı gündən üç il ərzində, digər tələblər üzrə isə bir il ərzində icra olunmaq üçün barəsində notariat hərəkəti aparılmış şəxs tərəfindən icra olunması üçün təqdim oluna bilər.
Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişdirsə, icra qeydi bu müddət ərzində verilir.
İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.
Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.”.
72. 163-cü hissə ləğv edilsin.
73. 164-cü hissənin altıncı abzasında “borcun miqdarı” sözləri “haqqın miqdarı” sözləri ilə əvəz edilsin.
74. 165-ci hissənin üçüncü abzası dördüncü abzas hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır.”.
Əli Əhmədov 
Azərbaycan Respublikası
 Baş nazirinin müavini

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında