Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 264                                                                                                                                            Bakı şəhəri, 13 iyun 2018-ci il
 
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
 
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1915 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884; 2017, № 12 (II kitab), maddə 2529) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 5.1-ci bəndinin birinci cümləsində “dövlət rüsumunun” sözləri “akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının” sözləri ilə və ikinci cümləsində “Dövlət rüsumunun” sözləri “Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması”  üzrə:
2.1. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;
2.2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində ak-kreditasiya nişanının forması” hissəsi aşağıdakı redaksiyada verilsin:
 

standartın işarəsi

 

attestatın qeydiyyat nömrəsi

 

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”nın 1.5-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Akkreditasiya orqanının Apellyasiya Şurasının Əsasnaməsi”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə, 3.1-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri  “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası” üzrə:

5.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qaydanın 2 nömrəli əlavəsində (hər iki halda) “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

Əli ƏHMƏDOV
Azərbaycan Respublikası 
Baş nazirinin müavini

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında