Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 258 Bakı şəhəri, 8 iyun 2018-ci il
“Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu-Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri barədə
“Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3751 nömrəli Sərəncamına əsasən, 2018-ci il 30 may tarixində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu-Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu-Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”in 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilsin.
(Azərbaycan Respublikası Baş nazirinin yanında 2018-ci il 8 iyun tarixində keçirilmiş iclasın 2 nömrəli protokolu əlavə olunur). 
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında