Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 259 Bakı şəhəri, 8 iyun 2018-ci il
“Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri barədə
“Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3752 nömrəli Sərəncamına əsasən, 2018-ci il 30 may tarixində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilsin.
(Azərbaycan Respublikası Baş nazirinin yanında 2018-ci il 8 iyun tarixində keçirilmiş iclasın 3 nömrəli protokolu əlavə olunur). 
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında