Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 253   Bakı şəhəri, 6 iyun 2018-ci il
 
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə
 
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1775 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəl-ləsinin 45-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına  görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən (bundan sonra – büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Komitənin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Maliyyə Nazirliyi) Dövlət Xəzinədarlığı Agentliyində Komitənin xüsusi xəzinə hesabı açılır.

1.3. Büdcədənkənar vəsaitin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkilinə və aparılmasına dair təlimata əsasən həyata keçirilir.

1.4. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsa-itdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

1.5. Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Komitə tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.

1.6. Büdcədənkənar vəsaitin istifadəçisi (sərəncamçısı) dəyiş-dirilə bilməz.

2. Büdcədənkənar vəsaitdən istifadə qaydası

2.1. Büdcədənkənar vəsait Komitədə işləyən dövlət qulluq-çularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aşağıdakı istiqamətlərə xərclənir:

2.1.1. dövlət qulluqçularının kollektiv və fərdi qaydada mükafat-landırılmasına;

2.1.2. dövlət qulluqçularına maddi yardımın göstərilməsinə;

2.1.3. Komitənin dövlət qulluqçularının səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;

2.1.4. Komitənin dövlət qulluqçularının kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;

2.1.5. Komitənin dövlət qulluqçularının işçilərinə ezamiyyə xərclərinin ödənilməsinə;

2.1.6. sosial sığorta  və baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta haqlarının ödənilməsinə.

2.2. Büdcədənkənar vəsaitdən istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3. Dövlət qulluqçularının mükafatlandırılması

3.1. Komitənin dövlət qulluqçularının kollektiv mükafatlan-dırılması aşağıdakı hallarda həyata keçirilir:

3.1.1. işlər vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;

3.1.2. mühüm dövlət tapşırıqları vaxtında yerinə yetirildikdə;

3.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar olduqda.

3.2. Komitənin dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

3.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələr vaxtında və peşəkarlıqla yerinə yetirildikdə, səmərələşdirici təkliflər verildikdə, təşəbbüskarlıq göstərildikdə, işdə yeni forma və metodlar tətbiq edildikdə, gənc mütəxəssislərə köməklik göstərildikdə;

3.2.2. rəhbərliyin tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;

3.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqləndikdə.

4. Yekun müddəalar

4.1.  Büdcədənkənar vəsaitin xərclənməsi zamanı gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

4.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilmə-məsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında