Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 246

 Bakı şəhəri, 25 may 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 61-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Özəl və bələdiyyə xüsusi təhsil müəssisəsinin nizamnaməsi təsisçi  tərəfindən, dövlət xüsusi təhsil müəssisəsinin nizamnaməsi (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin nizamnamələri istisna olmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.”.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında