Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 242           

Bakı şəhəri, 25 may 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbi haqqında nümunəvi Nizamnamə”də  dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin             etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbi haqqında nümunəvi Nizamnamə”nin 39-cu hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Peşə məktəbinin nizamnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.”.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında