Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 238             

 Bakı şəhəri, 25 may 2018-ci il

“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239; 2017, № 4, maddələr 640, 668, № 8, maddə 1606, № 12 (II kitab), maddə 2537) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. Bələdiyyə və özəl ali təhsil müəssisəsinin nizamnaməsi və ona edilən dəyişikliklər təhsil müəssisəsinin təsisçisi, dövlət ali təhsil müəssisəsinin nizamnaməsi isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.”.

2. 1.12-1-ci bəndə “akkreditasiya olunmuş” sözlərindən sonra “dövlət” sözü əlavə edilsin və həmin bənddə “təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

3. 1.22-ci bəndin ikinci abzasında ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin strukturu tabeliyində olduğu icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

4. 5.1-ci bənddə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin idarələri tabeliyində olduğu icra hakimiyyəti orqanının razılığı ilə yaradıla bilər.”.

5. 7.5-ci bəndin ikinci abzasına aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi tabeliyində olduğu icra hakimiyyəti orqanının razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.”.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında