Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 216   

Bakı şəhəri, 14 may 2018-ci il

“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən  güzəştli ipoteka  krediti  üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2016-cı  il 16 noyabr tarixli 464 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1952) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası” üzrə:

2.1.  adında və 2.2-ci bəndində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

2.2.  1.1-ci bənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra - Fond)” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbənddə “Cəmiyyət” sözü “Fond” sözü ilə əvəz edilsin; 

2.4. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.3. aylıq məcmu gəlir - borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin ortaaylıq məbləğinin məcmusu.”;

2.5.  4.5-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd) ay” sözləri “12 (on iki) ay” sözləri ilə, üçüncü cümləsində isə “40 faizindən” sözləri “70 faizindən” sözləri ilə əvəz edilsin; 

2.6.  4.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.13. Borcalanın (borcalanların) ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır:

4.13.1. borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

4.13.2. borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.”.

Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında