Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 205 

Bakı şəhəri, 4 may 2018-ci il

“Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “F.M.Hacıyevin Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini təyin edilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3727 nömrəli Sərəncamının 2.2-ci və “F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3783 nömrəli Sərəncamının 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572, № 7, maddə 642; 2007, № 5, maddə 556, № 8, maddə 850, № 11, maddə 1172, № 12, maddə 1342; 2011, № 1, maddə 57; 2012, № 1, maddə 43, № 5, maddə 490; 2013, № 3, maddə 345; 2016, № 4, maddə 802, № 11, maddə 1931) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsinə “Babayev İntiqam Vaqif oğlu – gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Hacıyev Fərhad Məcid oğlu – gənclər və idman nazirinin müavini” sözləri əlavə edilsin və həmin bölmədən “Hacıyev Fərhad Məcid oğlu – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru” sözləri çıxarılsın.

Novruz Məmmədov
 Azərbaycan Respublikasının  Baş naziri  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında