Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 197                                                                                                                        Bakı şəhəri, 1 may 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il  30 sentyabr tarixli 317 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə dəyişiklik edilməsi barədə

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 950-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 3613 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1288; 2015, № 6, maddə 777) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”nin 1.2-ci bəndində “dayanacaqlar” sözü “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında