Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 182 

 Bakı şəhəri, 30 aprel 2018-ci il

“Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, №5, maddə 247; 2005, №6, maddə 558; 2009, №1, maddə 34, №9, maddə 736; 2015, №2, maddə 227) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların təsviri”nin 5.3-cü bəndinin dördüncü abzasından “, Respublika Baytarlıq Laboratoriyasının direktoru” sözləri, altıncı abzasından “Respublika Baytarlıq Laboratoriyasının direktorunun müavinləri,” və “zona baytarlıq laboratoriyalarının direktorları,” sözləri çıxarılsın.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında