Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 176

Bakı şəhəri, 27 aprel 2018-ci il

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195; 2015, № 10, maddə 1222; 2016, № 8, maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket” üzrə:

1.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

 

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi
(Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration)

bəli / yes  xeyr /no 

13-1.1. nə vaxt
(when)

13-1.2. səbəbi
(reason)

13-1.3. hansı orqan tərəfindən
(name of authority)

 

 

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” üzrə:

2.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

 

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi
(Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration)

bəli / yes  xeyr / no 

13-1.1. nə vaxt
(when)

13-1.2. səbəbi
(reason)

13-1.3. hansı orqan tərəfindən
(name of authority)

 

 

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” üzrə:

3.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri çıxarılsın;

3.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

 

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi

bəli  xeyr 

13-1.1. nə vaxt

13-1.2. səbəbi

13-1.3. hansı orqan tərəfindən

 

 

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında