Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 155 

Bakı şəhəri, 17 aprel 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738; 2016, № 12, maddə 2229) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “6.3.3. 3-cü sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının ikinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə, üçüncü cümləsində “Siqaret çəkməməli” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilsin.

2. “6.3.4. 4-cü sinif” bölməsinin “Yüklərin müvəqqəti saxlanılması” hissəsinin üçüncü abzasında, “6.3.8. 8-ci sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin dördüncü abzasında, 16.1-ci bəndin dördüncü abzasında və 16.2-ci bəndin beşinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

3. 10.16-cı bəndin üçüncü cümləsində “Siqaret çəkmək qəti qadağandır” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında