Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 152 

Bakı şəhəri, 17 aprel 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il  24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, (II kitab), maddə 321; 2002,     № 11, maddə 675; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675; 2012, № 10, maddə 1021; 2014, № 1, maddə 57, № 10, maddə 1313) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.5-ci bəndinin “ı” yarımbəndində, 14.1.9-cu yarımbəndinin “d” abzasında, 14.1.17-ci yarımbəndinin birinci abzasında, 14.1.20-ci yarımbəndində, 15.5.1-ci yarımbəndinin “a” abzasında və 15.5.3-cü yarımbəndinin birinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında