Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 145

Bakı şəhəri, 12 aprel 2018-ci il

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına  hazırlıq  və  onun  keçirilməsi  ilə  bağlı tədbirlər  planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ə.İ.Abdullayevin Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 fevral tarixli 3634 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2234) aşağıdakı dəyişikliklər edilsin:

1. 17-ci hissədə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 21-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilsin.

3. Həmin qərara əlavə - “Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi”nin “Komissiyanın üzvləri” hissəsi üzrə:

3.1. “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilsin;

3.2. “Cavid Nəcəfov – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Aparatının rəhbəri” sözləri çıxarılsın.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında