Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 140 

Bakı şəhəri, 10 aprel 2018-ci il

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel  tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər  və digər  yaşayış məntəqələri ərazisinin sanitariya  qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət   tullantılarının  müvəqqəti   saxlanılması,   müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 929-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 fevral tarixli 3617 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388; 2007, № 10, maddə 1027; 2008, № 2, maddə 132; 2012, № 9, maddə 920) ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 8.1-ci bəndinin üçüncü cümləsindən “(şəhər rayonları istisna olmaqla)” sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında