Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 125                                   Bakı şəhəri, 3 aprel 2018-ci il

Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə

sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.5-ci bəndə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında