Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 123 

  Bakı şəhəri, 30 mart 2018-ci il

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1811 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunveri-cilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 mart tarixli 77 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nə aşağıdakı məzmunda 27-2-ci hissə əlavə edilsin:

27-2

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi

1

1

 

 

 

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında