Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 119

Bakı şəhəri, 28 mart 2018-ci il

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 873-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 3538 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016, № 10, maddə 1708; 2017, № 4, maddə 657, № 5, maddə 965) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”nin III bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin birinci abzasına “materiallarından” sözündən sonra “yazılı və ya elektron sorğu ilə” sözləri əlavə edilsin.

2. 3-cü hissənin beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün.”.

3. 4.1-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“İnformasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 (bir) gün ərzində təqdim edilir.”.

4. 5-ci hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsində.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında