Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı

1. Giriş

Bu Dövlət Proqramı “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilib həyata keçirilmiş və       2013 -2017-ci illəri əhatə edən "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın  davamı olaraq hazırlanmışdır.

Dağınıq skleroz baş və onurğa beyninin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəlikdir. Bu xəstəliyə ən çox      18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər.  Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər xəstəliyin başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar. 

Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyona yaxındır. 

Dağınıq skleroz xəstəliyi ilə mübarizə, bir çox ölkələrdə olduğu kimi, respublikamızda da səhiyyənin aktual problemlərindən biridir. Azərbaycanda belə xəstələrin sayı 1000 nəfərə yaxındır və xəstələnmə halları ilbəil artmağa meyillidir. İl ərzində hər 100 000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır. 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə  dair Dövlət Proqramı” çərçivəsində   bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə xəstəliyin aşkarlanması işi yaxşılaşmış, fəsadlaşma hallarının sayı  azalmışdır.

Dağınıq skleroz  probleminin ölkəmiz üçün aktuallığını nəzərə alaraq, qeyd edilənlərlə yanaşı, belə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə ehtiyac vardır. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018 - 2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur. 

2. Dövlət Proqramının məqsədi

2.1. Dövlət Proqramının məqsədi dağınıq skleroz xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. dağınıq skleroz xəstəliyinin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması;

2.2.2. dağınıq skleroz xəstəliyinin ağırlaşmalarının qarşısının alınması;  

2.2.3. dağınıq skleroz xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması;

2.2.4. xəstələrin spesifik dərman preparatları ilə davamlı təminatı;

2.2.5. dağınıq skleroz xəstəliyinə düçar olmuş şəxslərin bərpa müalicəsinin təşkili.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

4.  Dövlət Proqramının  həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakılara nail olunacağı gözlənilir:

4.1.1. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;

4.1.2. dağınıq skleroz xəstəliyi ilə bağlı diaqnostika işinin yaxşılaşdırılması və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;  

4.1.3. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəldilməsi, həmin şəxslərdə ağırlaşma hallarının qarşısının alınması və  onların ömrünün uzadılması;

4.1.4. əhalinin dağınıq skleroz xəstəliyinin profilaktikası ilə bağlı məlumatlandırılması.

5. Dövlət Proqramının  həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcraçılar

İcra müddəti (illər üzrə)

1

2

3

4

5.1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

5.1.1.

Dağınıq skleroz xəstəliyinə düçar olmuş şəxslərin vahid elektron registrdə və məlumat bazasında  qeydiyyatının davam etdirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

5.2.1.

Dağınıq skleroz xəstəliyinin diaqnostikası işinin yaxşılaşdırılması   məqsədilə tibb müəssisələrinin   maqnit-rezonans tomoqrafiya aparatları ilə təchiz edilməsi:

- Şirvan Şəhər Mərkəzi Xəstəxanası;

- Quba Rayon Mərkəzi Xəstəxanası

Səhiyyə Nazirliyi

2018-2019

5.2.2.

Dağınıq skleroz xəstəliyinin müalicəsinin səmərəliliyinin  artırılması məqsədilə  tibb müəssisələrinin plazmaferez aparatı ilə təchiz edilməsi:

- Akademik  M.Mirqasmov adına Respublika Klinik Xəstəxanası;

- Kliniki Tibbi Mərkəz (Bakı şəhəri);

 - 3 nömrəli Şəhər Klinik Xəstəxanası (Bakı şəhəri)

Səhiyyə Nazirliyi

 2018-2020

5.2.3.

Dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələrinin zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.3. Dağınıq skleroz  xəstəliyinin profilaktikası,  müalicəsi və reabilitasiyası

5.3.1.

Dağınıq sklerozlu xəstələrin zəruri dərman preparatları ilə davamlı təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.3.2.

Dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi

Səhiyyə Nazirliyi

2019

5.3.3

Dağınıq sklerozlu   xəstələr üçün sanator-kurort və bərpa müalicəsinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi,

Səhiyyə Nazirliyi 

mütəmadi

5.4. Kadr hazırlığı

5.4.1.

Dağınıq skleroz xəstəliyinin     diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin peşə biliklərinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi  

Səhiyyə Nazirliyi

   mütəmadi

5.4.2.

Dağınıq skleroz xəstəliyi üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi

   mütəmadi

5.4.3.

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün dağınıq skleroz xəstəliyinin   aşkarlanması və müalicəsi ilə bağlı treninqlərin təşkili

Səhiyyə Nazirliyi

   mütəmadi

5.5. Dağınıq skleroza dair maarifləndirmə

5.5.1.

Dağınıq skleroz xəstəliyinə  dair maarifləndirici ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

 Səhiyyə Nazirliyi

   mütəmadi

5.5.2.

Kütləvi informasiya vasitələrində dağınıq skleroz xəstəliyinin  profilaktikasına dair məlumatlar verilməsi

 Səhiyyə Nazirliyi 

   mütəmadi

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında