"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI (ardı)

35. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324, № 10, maddə 849; 2008-ci il, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009-cu il, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83, № 10, maddə 851) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

{nl}

35.1. 8.13-cü bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə, 8.24-cü bənddə "tədris və məktəbəqədər tərbiyə" sözləri "təhsil" sözü ilə əvəz edilsin;

{nl}

35.2. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

{nl}

"8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;".

{nl}

36. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 325, № 9, maddə 737; 2007-ci il, № 2, maddə 85, № 4, maddə 330; 2008-ci il, № 8, maddə 715, № 11, maddə 970; 2009-cu il, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

{nl}

36.1. 8.14-cü bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

36.2. aşağıdakı məzmunda 8.35-1-ci bənd əlavə edilsin:

{nl}

"8.35-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;".

{nl}

37. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009-cu il, № 9, maddə 687, № 12, maddə 983; 2010-cu il, № 2, maddələr 83, 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavə edilsin:

{nl}

37.1. 8.59-cu bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

37.2. aşağıdakı məzmunda 8.59-2-ci bənd əlavə edilsin:

{nl}

"8.59-2. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;".

{nl}

38. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 327; 2008-ci il, № 8, maddə 720, № 11, maddələr 970, 980; 2009-cu il, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin 8.11-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə, 8.36.13-cü bəndində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.

{nl}

39. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 402; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 7, maddə 526, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə"nin 9.37-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

40. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008-ci il, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009-cu il, № 10, maddə 779, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

{nl}

40.1. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

{nl}

"8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;";

{nl}

40.2. aşağıdakı məzmunda 8.13-1-ci və 8.13-2-ci bəndlər əlavə edilsin:

{nl}

"8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

{nl}

8.13-2. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;";

{nl}

40.3. 9.3-cü bənddə "məktəbəqədər uşaq" sözləri "məktəbəqədər təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

40.4. 9.8-ci bənddə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin, ", həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək" sözləri çıxarılsın.

{nl}

41. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 740; 2008-ci il, № 1, maddə 6; 2009-cu il, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə"nin 8.8-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

42. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 488 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1035; 2007-cı il, № 2, maddə 91) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Nizamnaməsi"nə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

{nl}

42.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

{nl}

"1.2. Akademiya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini və digər dövlət orqanlarını, beynəlxalq və qeyri-hökumət təşkilatlarını, xarici və yerli özəl qurumları xüsusi ixtisaslı kadrlarla təmin edən, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.";

{nl}

42.2. 1.4-cü bəndin üçüncü cümləsində "tədris-elm-istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birliklərinə və assosiasiyalarına daxil olmaq" sözləri "təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq" sözləri ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

{nl}

"Akademiyanın xarici ölkələrdə filialları Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra açıla bilər.";

{nl}

42.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

{nl}

"2.1. Akademiyanın ali idarəetmə orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq Elmi Şuradır.";

{nl}

42.4. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

{nl}

"2.3. Qəyyumlar Şurasının tərkibinə Azərbaycan Respublikasının xarici işlər naziri, Akademiyanın rektoru, tanınmış dövlət və elm xadimləri daxil edilir. Qəyyumlar Şurasının tərkibinə eyni zamanda əcnəbilər də daxil edilə bilər.";

{nl}

42.5. 2.4-cü və 2.5-ci bəndlər çıxarılsın;

{nl}

42.6. 2.7-ci və 2.9-cu bəndlərdə "Qəyyumlar Şurasının" sözləri "Elmi Şuranın" sözləri ilə əvəz edilsin;

{nl}

42.7. 2.8-ci bəndin birinci cümləsində "Qəyyumlar Şurasının" sözlərindən əvvəl "Elmi Şuranın və" sözləri əlavə edilsin, ikinci cümləsində "Qəyyumlar Şurasının" sözləri "Elmi Şuranın" sözləri ilə əvəz edilsin;

{nl}

42.8. 3.2-ci bəndin ikinci cümləsində "nəzərə almaqla tələbə (bakalavr, magistr), aspirant, doktorant və qısa və ortamüddətli ixtisasartırma kadrlarının qəbulu planını" sözləri "və digər tələbatları nəzərə almaqla tələbə, doktorant və əlavə təhsilə qəbul planını" sözləri ilə əvəz edilsin;

{nl}

42.9. 4.1-ci bənddə "tədris" sözü "təhsil" sözü ilə, "elektron üsulla (internet əsasında)" sözləri "distant (məsafədən) təhsilalma formalarında" sözləri ilə əvəz edilsin;

{nl}

42.10. 4.2-ci və 4.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

{nl}

"4.2. Akademiyada təhsil ali və əlavə təhsil proqramları əsasında həyata keçirilir.

{nl}

4.3. Akademiyada kadr hazırlığı ali təhsil pilləsinin aşağıdakı səviyyələrində həyata keçirilir:

{nl}

4.3.1. bakalavriat;

{nl}

4.3.2 magistratura;

{nl}

4.3.3 doktorantura.";

{nl}

42.11. 4.4-cü bənd və 4.6-cı bəndin ikinci cümləsi çıxarılsın;

{nl}

42.12. 4.7-ci bəndin ikinci cğmləsi zgxarglsgn, ğzğncğ cğmləsində "digər xərclərinin" sözləri "rektoru tərəfindən təsdiq olunmuş xərclərin" sözləri ilə əvəz edilsin;

{nl}

42.13. 5.4-cü bənddə "müəyyənləşdirilməsi büdcədən alınan vəsait" sözləri "maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti" sözləri ilə əvəz edilsin;

{nl}

42.14. 5.5-ci bənddən "aspiranturada," sözü çıxarılsın, "doktorluq dissertasiyası hazırlamaq üçün müəllimlərin və elmlər namizədlərinin" sözləri "elmlər doktoru dissertasiyası hazırlamaq üçün fəlsəfə doktorlarının" sözləri ilə, ", ixtisasartırma institut, fakültələrinə və təcrübə keçməyə" sözləri "və əlavə təhsil müəssisələrinə" sözləri ilə əvəz edil

{nl}

42.14. 5.5-ci bənddən "aspiranturada," sözü çıxarılsın, "doktorluq dissertasiyası hazırlamaq üçün müəllimlərin və elmlər namizədlərinin" sözləri "elmlər doktoru dissertasiyası hazırlamaq üçün fəlsəfə doktorlarının" sözləri ilə, ", ixtisasartırma institut, fakültələrinə və təcrübə keçməyə" sözləri "və əlavə təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin;

{nl}

42.15. 6.2-ci bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin, "birbaşa" sözü çıxarılsın;

{nl}

42.16. 6.4-cü bənddə "tədris" sözü "təhsil" sözü ilə, "birbaşa" sözü "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq" sözləri ilə əvəz edilsin;

{nl}

42.17. 7.1-ci bənddə "ixtisaslarının artırılmasının" sözləri "əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

42.18. 7.3-cü bənddə "məqsədilə" sözü "üçün" sözü ilə əvəz edilsin.

{nl}

43. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051; 2008-ci il, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009-cu il, № 10, maddə 775, № 12, maddələr 983, 991; 2010-cu il, № 2, maddə 80, № 3, maddə 179, № 4, maddə 296) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə"nin 3.1.93-cü bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

(ardı 5-ci səhifədə)

{nl}

 

{nl}

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə

{nl}

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

{nl}

(əvvəli 4-cü səhifədə)

{nl}

44. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1058; 2008-ci il, № 11, maddə 980, № 12, maddə 1069; 2010-cu il, № 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:

{nl}

44.1. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.15-ci bəndində "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

44.2. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə"nin 8.22-ci bəndində "təkmilləşdirilməsini" sözü "əlavə təhsilini" sözləri ilə, 9.15-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

44.3. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti haqqında Əsasnamə"nin 8.16-cı bəndində "peşə, kadr və xüsusi hazırlığını, onların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını" sözləri "kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini" sözləri ilə, 9.11-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

44.4. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"nin 9.27-ci bəndində ", təkmilləşməsini və ixtisasının artırılmasını" sözləri "və əlavə təhsilini" sözləri ilə əvəz edilsin;

{nl}

44.5. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə"nin 8.43-cü bəndində "onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması" sözləri "kadrların əlavə təhsili" sözləri ilə, 9.18-ci bəndində ", təkmilləşdirilməsi və ixtisaslarının artırılması" sözləri "və əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

45. "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 88, № 12, maddə 1241; 2009-cu il, № 6, maddə 419) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

{nl}

45.1. həmin fərmanla təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"nın 12.4-cü bəndində "ixtisasartırma və s. proqramlarda iştirakı" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

45.2. "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 2 nömrəli Əlavə"də:

{nl}

45.2.1. "Təhsiliniz" qrafasında "(orta, orta ixtisas, ali, natamam ali və s.)" sözləri "(tam orta, ilk peşə-ixtisas, orta ixtisas, ali)" sözləri ilə, "Diplom" sözü "Təhsil haqqında sənəd" sözləri ilə, "Diplomun" sözü "Təhsil haqqında sənədin" sözləri ilə əvəz edilsin;

{nl}

45.2.2. "Əlavə təhsiliniz" qrafasında "Diplomun və ya digər sənədin" sözləri "Müvafiq təhsil sənədlərinin (diplom, sertifikat, arayış və s.)" sözləri ilə əvəz edilsin;

{nl}

45.2.3. "Elmi dərəcəniz və elmi adınız" qrafasında "dərəcə (elmi ad)" sözləri "dərəcə, elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)" sözləri ilə əvəz edilsin, "Diplomun" sözündən sonra ", attestatın" sözü əlavə edilsin;

{nl}

45.3. "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 3 nömrəli Əlavə"də "Elmi dərəcəsi" sözlərindən sonra ", elmi adı (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)" sözləri əlavə edilsin;

{nl}

45.4. "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 4 nömrəli Əlavə"də:

{nl}

45.4.1. 6-cı bənddə "ümumi" sözü "ilk peşə-ixtisas, tam" sözləri ilə, hər iki halda "Diplom" sözü "Təhsil haqqında sənəd" sözləri ilə əvəz edilsin;

{nl}

45.4.2. 7-ci bənddə "Elmi dərəcəsi" sözlərindən sonra ", elmi adı" sözləri əlavə edilsin, "elmlər namizədi" sözləri "fəlsəfə doktoru, dosent, professor" sözləri ilə əvəz edilsin;

{nl}

45.4.3. V bölmənin adı aşağıdakı redaksiyada verilsin:

{nl}

"V. Əlavə təhsil";

{nl}

45.4.4. V bölmədə "İxtisasartırma sahəsi" sözləri "Təhsil proqramının adı (istiqaməti)" sözləri ilə, "Sənəd (vəsiqə, şəhadətnamə)" sözləri "Müvafiq təhsil sənədləri (diplom, sertifikat, arayış və s.)" sözləri ilə əvəz edilsin.

{nl}

46. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009-cu il, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.31-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

47. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 327; 2008-ci il, № 11, maddə 970; 2009-cu il, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"nin 8.12-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə, 8.51-ci bəndində "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

48. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1095; 2009-cu il, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 8.28-1-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

49. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1245; 2008-ci il, № 10, maddə 898; 2009-cu il, № 4, maddə 219, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə"nin 8.47-ci bəndində "onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması" sözləri "kadrların əlavə təhsili" sözləri ilə, 9.7-ci bəndində "ixtisaslarının artırılmasını və təkmilləşdirilməsini" sözləri "əlavə təhsilə cəlb olunmasını" sözləri ilə, 9.22-ci bəndində ", təkmilləşdirilməsi və ixtisasının artırılması" sözləri "və əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

50. "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 55) aşağıdakı dəyişikliklər edilsin:

{nl}

50.1. adında, preambulada, 1-ci və 3-cü bəndlərdə "ümumtəhsil məktəbi" sözləri "ümumi təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin;

{nl}

50.2. adında və 1-ci bənddə "ümumtəhsil məktəblərinə" sözləri "ümumi təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin;

{nl}

50.3. həmin fərmanla təsdiq edilmiş "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"ndə aşağıdakı dəyişikliklər edilsin:

{nl}

50.3.1. adında, 1.1-ci bənddə hər iki halda, 1.4-cü, 1.5-ci, 2.0.6-cı, 2.0.8-ci, 2.0.9-cu, 3.4-cü, 3.4.1-ci, 3.4.2-ci bəndlərdə, 3.7-ci bənddə hər iki halda, 3.12-ci bənddə birinci cümlədə, 3.13.3-cü, 3.13.5-ci, 3.13.6-cı, 4.2-ci, 4.5-ci bəndlərdə və 4.6-cı bənddə hər iki halda ismin müvafiq hallarında "ümumtəhsil məktəbi" sözləri ismin müvafiq hallarında "ümumi təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin;

{nl}

50.3.2. adında, 1.1-ci bənddə, 1.2-ci bənddə hər iki halda, 2.0-cı, 3.3-cü, 3.8-ci, 3.11-ci, 4.1-ci, 4.3-cü, 4.5-ci bəndlərdə, 5-ci bölmənin adında, 5.1-ci və 5.2-ci bəndlərdə ismin müvafiq hallarında "ümumtəhsil məktəbləri" sözləri ismin müvafiq hallarında "ümumi təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;

{nl}

50.3.3. 2.0.1-ci və 2.0.2-ci bəndlərdə "ali məktəblərə" sözləri "ali təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin;

{nl}

50.3.4. 3.9-cu bəndin birinci abzasının ikinci cümləsində "məktəblərin" sözü "ümumi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

{nl}

50.3.5. 3.12-ci bəndin birinci cümləsində "məktəbin" sözü "ümumi təhsil müəssisəsinin" sözləri ilə əvəz edilsin;

{nl}

50.3.6. 4.3-cü və 4.4-cü bəndlərdə "İcra Aparatına" sözləri "Administrasiyasına" sözü ilə əvəz edilsin;

{nl}

50.3.7. 5.1-ci bənddə "məktəb" sözü "ümumi təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin;

{nl}

50.4. həmin fərmanla təsdiq edilmiş "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

50.4.1. 1.1-ci bənddə "ümumtəhsil məktəbi" sözləri "ümumi təhsil müəssisəsi" sözləri ilə əvəz edilsin;

{nl}

50.4.2. 1.4-cü bənddə və 3.6-cı bəndin ikinci cümləsində ismin müvafiq hallarında "ümumtəhsil məktəbləri" sözləri ismin müvafiq hallarında "ümumi təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;

{nl}

50.4.3. 2.0.2-ci bənddə "ixtisasartırma kurslarını keçməsi" sözləri "əlavə təhsil alması" sözləri ilə, 2.0.4-cü bənddə "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə, 2.0.7-ci bənddə "ali məktəblərə" sözləri "ali təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin.

{nl}

51. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 614) ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

51.1. cədvəl 1 - "Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları" üzrə:

{nl}

51.1.1. 3-cü bənddə "uşaq idarələrinin və" sözləri "təhsil müəssisələrinin və ümumtəhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.1.2. "Sıra sayı" sütununda 7-17 rəqəmləri müvafiq olaraq 6-16 rəqəmləri ilə əvəz edilsin;

{nl}

51.1.3. 8-ci bənddən "təhsil müəssisələrinin" sözləri çıxarılsın, "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilsin;

{nl}

51.1.4. 13-cü bənddə "uşaq idarələrinə, məktəblər və digər tədris" sözləri ", ümumi və digər təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.1.5. 16-cı bənddə "uşaq idarələrinin, məktəblərin və digər tədris" sözləri ", ümumi və digər təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.2. cədvəl 2 - "Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri" üzrə:

{nl}

51.2.1. 4-cü bənddə "uşaq idarələrinin və" sözləri "təhsil müəssisələrinin və ümumtəhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.2.2. 9-cu bənddə "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilsin;

{nl}

51.3. cədvəl 3 - "Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri" üzrə:

{nl}

51.3.1. 4-cü bənddə "uşaq idarələrinin və" sözləri "təhsil müəssisələrinin və ümumtəhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.3.2. 9-cu bənddə "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilsin;

{nl}

51.4. cədvəl 4 - "Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri" üzrə:

{nl}

51.4.1. 4-cü bənddə "uşaq idarələrinin və" sözləri "təhsil müəssisələrinin və ümumtəhsil" sözləri ilə əvəz edilsin;

{nl}

51.4.2. 9-cu bənddə "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilsin.

{nl}

52. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 974) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə"nin 4.9-cu bəndində "ali məktəblər" sözləri "ali təhsil müəssisələri" sözləri ilə, 7.4.4-cü bəndində "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

53. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 975) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə"nin 4.9-cu bəndində "ali məktəblər" sözləri "ali təhsil müəssisələri" sözləri ilə, 7.4.4-cü bəndində "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

54. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 979; 2009-cu il, № 10, maddə 773) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi"nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

{nl}

54.1. 7-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

{nl}

"Akademiyanın fəaliyyətinin mühüm məsələlərinə baxılması və həll edilməsi üçün onun ali idarəetmə orqanı olan Elmi Şura yaradılır.";

{nl}

54.2. 9-cu bənd çıxarılsın;

{nl}

54.3. 11.6-cı bənddən ", aspirantların (dissertantların), doktorantların" sözləri çıxarılsın;

{nl}

54.4. 11.7-ci bənddə "yenidən hazırlanması" sözləri "əlavə təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

54.5. 11.10-cu bənddə "aspiranturaya (dissertanturaya), doktoranturaya qəbul" sözləri "doktoranturaya qəbul, dissertant təhkim olunma" sözləri ilə əvəz edilsin;

{nl}

54.6. 13.1-1-ci bənddə "və ixtisasının artırılması" sözləri "həyata keçirilməsi və əlavə təhsilinin təmin edilməsi" sözləri ilə əvəz edilsin;

{nl}

54.7. 13.2-ci bənddə "aspirantların (dissertantların)" sözləri "dissertantların" sözü ilə əvəz edilsin;

{nl}

54.8. 13.3-cü və 13.4-cü bəndlərdə "ixtisasının artırılması" sözləri "əlavə təhsilinin həyata keçirilməsi" sözləri ilə əvəz edilsin;

{nl}

54.9. 19-cu bəndin birinci və ikinci cümlələrində, 19-4-cü bənddə, 21-ci bəndin üçüncü cümləsində "tədris" sözü "təhsil" sözü ilə, 19-5-ci bəndin ikinci cümləsində "tədris proqramları" sözləri "təhsil proqramları" sözləri ilə əvəz edilsin;

{nl}

54.10. 20-ci bənddə hər iki halda "təhsil" sözü "təhsilalma" sözü ilə əvəz edilsin, "aspirantların və" sözləri çıxarılsın;

{nl}

54.11. 32.7-ci bənddə "ixtisasının artırılması üzrə" sözləri "əlavə təhsili üzrə" sözləri ilə əvəz edilsin;

{nl}

54.12. 33.4-cü bənddən "aspiranturada (dissertanturada) və" sözləri "dissertantların təhkim olunması," sözləri ilə əvəz edilsin;

{nl}

54.13. 38-ci bəndin üçüncü cümləsində "aspiranturanın (dissertanturanın)" sözləri "dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasının" sözləri ilə əvəz edilsin;

{nl}

54.14. 39-cu bənddə ", yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını" sözləri "və əlavə təhsilini" sözləri ilə əvəz edilsin;

{nl}

54.15. 39.1-ci bənddə "aspiranturasına (dissertanturasına) və doktoranturasına göndərilməsi" sözləri "doktoranturasına göndərilməsi, dissertant kimi təhkim edilməsi" sözləri ilə əvəz edilsin;

{nl}

54.16. 49.3-cü bənddə "ümumtəhsil" sözü "təhsil" sözü ilə əvəz edilsin.

{nl}

55. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010-cu il, № 2, maddələr 77, 80) aşağıdakı dəyişikliklər edilsin:

{nl}

55.1. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.58-ci bəndində "yenidən hazırlanması və ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

55.2. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə"nin 14.5-ci bəndində "ixtisasının artırılması və onların peşə hazırlığının" sözləri "peşə hazırlığının, o cümlədən əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

55.3. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndində "ixtisasının artırılması və onların peşə hazırlığının" sözləri "peşə hazırlığının, o cümlədən əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

55.4. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 13.6-cı bəndində "ixtisasının artırılması və onların peşə hazırlığının" sözləri "peşə hazırlığının, o cümlədən əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

55.5. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 13.8-ci bəndində "ixtisasının artırılması və onların peşə hazırlığının" sözləri "peşə hazırlığının, o cümlədən əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

55.6. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə"nin 8.16-cı bəndində "ixtisasının artırılmasını" sözləri "əlavə təhsilinin" sözləri ilə, 13.5-ci bəndində "ixtisasının artırılması və onların peşə hazırlığının" sözləri "peşə hazırlığının, o cümlədən əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

56. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 3, maddə 162, № 7, maddə 533, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 80, № 10, maddə 851) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 8.25-1-ci bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

57. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 73 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 218, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə"nin 8.16-cı bəndində "peşə, kadr və xüsusi hazırlığını, onların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını" sözləri "kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini" sözləri ilə, 9.10-cu bəndində "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

58. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 219) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin 8.36-cı bəndində "onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması" sözləri "kadrların əlavə təhsili" sözləri ilə, 9.8-ci bəndində "təkmilləşdirilməsi və ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin.

{nl}

59. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5 maddə 327, № 12, maddə 983) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" də aşağıdakı dəyişikliklər edilsin:

{nl}

59.1. 8.16-cı bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

59.2. 8.26-cı bənddə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;

{nl}

59.3. 8.27-ci bənddə "məktəb" sözü "təhsil müəssisələri" sözləri ilə, "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.

{nl}

60. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 427; 2010-cu il, № 4, maddə 290) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

{nl}

60.1. 8.21-ci və 8.25-ci bəndlərdə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;

{nl}

60.2. aşağıdakı məzmunda 8.21-1-ci bənd əlavə edilsin:

{nl}

"8.21-1. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;".

{nl}

61. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 524) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi"nə aşağıdakı dəyişikliklər edilsin:

{nl}

61.1. 1.1-ci bənddə "ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin edən dövlət ali təhsil-elm müəssisəsidir" sözləri "əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir" sözləri ilə əvəz edilsin;

{nl}

61.2. 2.1.2-ci bənddə "ixtisaslarının artırılması və yenidən hazırlanması" sözləri "əlavə təhsilinin həyata keçirilməsi" sözləri ilə əvəz edilsin;

{nl}

61.3. 3.1.2-ci bənddə "ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını" sözləri "əlavə təhsilini" sözləri ilə əvəz edilsin;

{nl}

61.4. 3.1.9-cu bənddə "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

61.5. 5.16.2-ci bənddə ", yenidən hazırlanması və ixtisaslarının artırılmasını təkmilləşdirmək" sözləri "və əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

61.6. 5.16.3-cü bənddə "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

61.7. 5.16.14-cü bənddə "yenidən hazırlanması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

61.8. 5.16.15-ci bənddə "(dissertanturaya) qəbul," sözləri "qəbul, dissertant təhkim olunma," sözləri ilə əvəz edilsin;

{nl}

61.9. 6.9-cu bənddə "ixtisasının artırılmasının və yenidən hazırlanmasının" sözləri "əlavə təhsilinin" sözləri ilə əvəz edilsin;

{nl}

61.10. 6.10-cu bənddə "ixtisasının artırılmasını və yenidən hazırlanmasını" sözləri "əlavə təhsilini" sözləri ilə əvəz edilsin;

{nl}

61.11. 8.4-cü bənddə "alimlik dərəcələrinə" sözləri "elmi dərəcəyə" sözləri ilə əvəz edilsin;

{nl}

61.12. 8.13-cü bənddə "ixtisasının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

61.13. 8.15-ci bənddə "alimlik dərəcələrini" sözləri "elmi dərəcə" sözləri ilə əvəz edilsin;

{nl}

61.14. 9.17-ci bənddə "ixtisasın artırılması və yenidən hazırlanma təlimlərinin yekununda" sözləri "müvafiq əlavə təhsil proqramlarının sonunda" sözləri ilə əvəz edilsin;

{nl}

61.15. 11.1-ci bənddə "ixtisaslarının artırılmasından" sözləri "əlavə təhsilindən" sözləri ilə əvəz edilsin.

{nl}

62. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 631; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 364 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı bəndi çıxarılsın və həmin Əsasnaməyə aşağıdakı məzmunda 8.44-1-ci bənd əlavə edilsin:

{nl}

"8.44-1. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;".

{nl}

63. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 540; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddə 87, № 10, maddə 1011; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 733; 2009-cu il, № 6, maddə 424, № 11, maddə 886; 2010-cu il, № 5, maddə 435, № 7, maddə 610) 3-cü bəndində "məktəblərinin" sözü "müəssisələrinin" sözü ilə əvəz edilsin.

{nl}

64. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 940; 2005-ci il, № 7, maddə 596; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddə 87; 2008-ci il, № 3, maddə 168; 2009-cu il, № 4, maddə 226; 2010-cu il, № 2, maddə 80) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

64.1. 2.2-ci bənddə "Tədris müəssisələrində" sözləri "Təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

{nl}

64.2. 3.2.3- cg bənddə "Məktəbəqədər uşaq" sözləri "Məktəbəqədər təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

64.3. 3.2.4- cğ bənddə "orta məktəblərdə" sözləri "ümumi təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.

{nl}

65. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 684; 2009-cu il, № 12, maddə 1043) ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"ın 4.2-ci bəndində "Orta, orta ixtisas və ali təhsil mğəssisələrində, ixtisasartgrma və təkmilləödirmə institutlargnda tədris proqramlargna" süzləri "ğmumi, orta ixtisas, ali və əlavə təhsil ğzrə təhsil proqramlargna" süzləri ilə əvəz edilsin.

{nl}

66. "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

{nl}

66.1. adında və 2.1-ci bənddə "ümumtəhsil məktəbi" sözləri "ümumi təhsil müəssisəsi" sözləri ilə, 1-ci bənddə "ümumtəhsil məktəbinin" sözləri "ümumi təhsil müəssisəsinin" sözləri ilə əvəz edilsin;

{nl}

66.2. preambulanın birinci abzasının ikinci cümləsində "orta məktəb" sözləri "ümumi təhsil müəssisələri" sözləri ilə, "ali məktəblərə" sözləri "ali təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin;

{nl}

66.3. preambulanın birinci abzasının ikinci cümləsində və ikinci abzasında, 1-ci və 2.1-ci bəndlərdə ismin müvafiq hallarında "ümumtəhsil məktəbləri" sözləri ismin müvafiq hallarında "ümumi təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.

{nl}

67. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 765; 2009-cu il, № 4, maddə 226, № 10, maddələr 776, 779, № 11, maddə 886; 2010-cu il, № 2, maddə 80, № 6, maddə 501, № 7, maddə 610) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

67.1. 1.2.8-ci bəndin üçüncü abzasının birinci cümləsində "ali məktəblərində" sözləri "ali təhsil müəssisələrində" sözləri ilə "orta ixtisas məktəblərində" sözləri "orta ixtisas təhsili müəssisələrində" sözləri ilə, "texniki peşə məktəblərində" sözləri "ilk peşə-ixtisas təhsili müəssisələrində" sözləri ilə əvəz edilsin;

{nl}

67.2. 5.12.16-cı yarımbənddə "ixtisasartırma ilə" sözləri "əlavə təhsillə" sözləri ilə əvəz edilsin;

{nl}

67.3. 5.12.17-ci yarımbənddə "texniki peşə təhsil" sözləri "ilk peşə-ixtisas təhsili" sözləri ilə, "məktəblərinin" sözü "müəssisələrinin" sözü ilə əvəz edilsin.

{nl}

68. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 901; 2009-cu il, № 4, maddə 226, № 6, maddə 424) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

68.1. 1.1-ci bəndin dördüncü hissəsinin ikinci cümləsində "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;

{nl}

68.2. 1.2-ci bəndin ikinci hissəsinin on ikinci abzasında "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

68.3. 2.5.3-cü yarımbənddə "ixtisaslarının artırılması" sözləri "əlavə təhsili" sözləri ilə əvəz edilsin;

{nl}

68.4. 2.5.4-cü yarımbənddə "ali məktəblərinin magistratura şöbələrində" sözləri "ali təhsil müəssisələrinin magistraturalarında" sözləri ilə əvəz edilsin.

{nl}

69. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 85, № 11, maddə 886; 2010-cu il, № 7, maddə 610) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

69.1. 1.3-cü bəndin ikinci hissəsinin yeddinci abzasında "ixtisasının artırılması" sözləri "əlavə təhsili ilə bağlı tədbirlərin görülməsi" sözləri ilə əvəz edilsin;

{nl}

69.2. 2.4.2-ci yarımbənddə "ali məktəblərə" sözləri "ali təhsil müəssisələrinə" sözləri ilə əvəz edilsin.

{nl}

70. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli 260 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 341) ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

{nl}

70.1. 1.2-ci bəndin ikinci hissəsinin üçüncü abzasında "yenidən hazırlaması" sözləri "əlavə təhsili" sözləri ilə, dördüncü abzasında "ümumtəhsil məktəblərində" sözləri "ümumi təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

{nl}

70.2. 1.3-cü bəndin ikinci abzasında "ümumtəhsil məktəblərində" sözləri "ümumi təhsil müəssisələrində" sözləri ilə, üçüncü abzasında "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin;

{nl}

70.3. 1.4-cü bəndin üçüncü abzasında "ümumtəhsil məktəblərində" sözləri "ümumi təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

70.4. 2.1.5-ci bənddə "ümumtəhsil məktəblərində" sözləri "ümumi təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

{nl}

70.5. 2.5.1-ci bənddə "tədris" sözü "təhsil" sözü ilə əvəz edilsin.

{nl}

71. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 358) ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na aşağıdakı dəyişikliklər edilsin:

{nl}

71.1. 1.2-ci bəndin ikinci hissəsinin beşinci abzasında "ixtisasartırma" sözü "əlavə təhsil" sözləri ilə əvəz edilsin;

{nl}

71.2. 2.11-ci bənddə "stajkeçmələrin" sözü "əlavə təhsilin" sözləri ilə əvəz edilsin.

{nl}

 

{nl}

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

{nl}

Bakı şəhəri, 15 fevral 2011-ci il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında