Şriftin ölçüsü:
17.02.2011 09:32 | Oxunma sayı: 1087
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında aşağıdakı dövlət xidmətləri yaradılsın:
1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin bazasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti;
1.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin bazasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti;
1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi və Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsi ləğv edilərək, onların bazasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti.
2. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu" təsdiq edilsin.
3. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin.
4. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
5. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
6. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 177 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının işçilərinin say həddi 50 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 314 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının işçilərinin say həddi 54 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 303 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının işçilərinin say həddi 42 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 3003 ştat vahidi müəyyən edilsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
8.1. bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri həll etsin;
8.2. üç ay müddətində:
8.2.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirliyin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
10. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddə 25; 2002-ci il, № 8, maddə 485; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 7, maddə 537, № 10, maddə 799; 2005-ci il, № 12, maddə 1102; 2007-ci il, № 2, maddə 97, № 10, maddə 947; 2008-ci il, № 3, maddə 168, № 5, maddə 373, № 11, maddə 970; 2009-cu il, № 12, maddə 983) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.