Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
3 fevral tarixli  761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225) preambulasında “şikayətlərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən şikayətlərin” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “şikayətlərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərin” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bəndə “şəxslərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.0.1-1-ci yarımbənd əlavə edilsin:

“2.0.1-1. Azərbaycan Respublikasının Hesablama Palatasında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Milli Televiziya və Radio Şurasının Aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxmaq;”;

2.4. 3.0.2-ci, 3.0.3-cü, 4.6.2-ci yarımbəndlərdə və 6.4-cü bənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin;

2.5. 3.0.4-cü yarımbənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:

“5.1-1. Bu Əsasnamənin 5.1.1−5.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.”;

2.7. 5.5-ci bənddə “Aidiyyəti” sözü “Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlər istisna olmaqla, aidiyyəti” sözləri ilə əvəz edilsin.

2.8. 6.10-cu bənddə “bütün mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2017-ci il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında