Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072; Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1670 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda “Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri - II dərəcəli dövlət ədliyyə müşaviri” abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini            III dərəcəli dövlət ədliyyə müşaviri

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – 
Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında