Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072) təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin yeddinci - on dördüncü abzasları müvafiq olaraq səkkizinci - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Probasiya xidməti (baş idarə səlahiyyətli)”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırsın;

2.2.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.3.  Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6.  bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

3.2.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında