Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 338) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.11-ci bənd ləğv edilsin.

2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4, 6.4, 9.8, 10.2, 11.6, 17.5, 32.3, 34.1 və 34.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.2-ci (33.2.1 – 33.2.5, 33.2.7, 33.2.14-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 1.1.14, 8, 9.1, 9.3, 9.4, 9.6, 9.7, 16.0.3, 17.1.3, 17.3.7, 17.3.8, 17.3.9, 19.2, 19.4, 19.5 və 31.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.1, 33.2 (33.2.6, 33.2.8 – 33.2.13-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) və 33.3-cü (33.3.1, 33.3.2 və 33.3.4-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  həyata keçirir;

2.4. həmin Qanunun 11.1-ci və 12.4.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində  nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında