Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə” üzrə:

2.1. 1.7-ci bəndin ikinci cümləsinə, 3.2-ci, 3.9-cu və 4.3-cü bəndlərə “orqan” sözündən sonra “(qurum)” sözü əlavə edilsin;

2.2. 3.1-ci bəndə və 5.1-ci bəndin birinci cümləsinə “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin;

2.3. 3.4-cü bəndə, 4.2-ci bəndin ikinci cümləsinə və 4.4-cü bəndə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin;

2.4. 3.6-cı bəndə hər iki halda “orqanla” sözündən sonra “(qurumla)” sözü əlavə edilsin;

2.5. 4.1.2-ci yarımbəndə və 4.2-ci bəndin birinci cümləsinə “orqana” sözündən sonra “(quruma)” sözü əlavə edilsin;

2.6. 4.1.3-cü yarımbəndə “orqanlarla” sözündən sonra “(qurumlarla)” sözü əlavə edilsin;

2.7. 5.1-ci bəndin birinci cümləsinə “orqanlara” sözündən sonra “(qurumlara)” sözü əlavə edilsin;

2.8. 5.2-ci bənddə “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında