Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli fərmanı ilə təsdiq edilmişdir
{nl}
{nl}
I. Ümumi müddəalar
{nl}
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 37 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.
{nl}
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
{nl}
1.3. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi və onların yerinə yetirilməsi üzərində nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra - İqtisadi İnkişaf Nazirliyi) tərəfindən həyata keçirilir.
{nl}
II. Əsas anlayışlar
{nl}
2.1. Dövlət İnvestisiya Proqramı - növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına kommersiya və ya qeyri-kommersiya məqsədli investisiya qoyuluşunun istiqamətini, müddətini, investisiya xərclərinin həcmini və sifarişçi təşkilatları müəyyən edən dövlət proqramıdır.
{nl}
2.2. İnvestisiya xərcləri - Dövlət İnvestisiya Proqramına uyğun olaraq dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması üçün nəzərdə tutulan xərclərdir.
{nl}
2.3. İnvestisiya layihəsi - investisiya qoyuluşunun məqsədəuyğunluğunu (sosial-iqtisadi cəhətdən səmərəliliyini), layihə daxilində yerinə yetirilməli işlərin (xidmətlərin) həcminin (investisiya xərclərinin həcminin) və müddətlərinin əsaslandırılmasını əks etdirən sənəddir.
{nl}
2.4. Prioritet dövlət investisiya layihələrinin siyahısı - sifarişçi təşkilat tərəfindən hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmiş və müsbət rəy verilmiş investisiya təkliflərinin (layihələrinin) toplusudur.
{nl}
2.5. İnvestisiya qoyuluşu obyektləri - yeni inşa olunan, bərpa və əsaslı təmir edilən, genişləndirilən və ya yenidən qurulan istehsal, sosial-mədəni, infrastruktur və digər təyinatlı obyektlərdir.
{nl}
2.6. Sifarişçi təşkilat - müvafiq layihənin Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün zəruri sənədləri hazırlayan, habelə layihə təsdiq edildikdən sonra onun icrasını təşkil edən müəssisə və ya təşkilatdır.
{nl}
2.7. İnvestisiya layihəsinin icraçısı (icraçıları) - müəyyən edilmiş müddətdə və maliyyə vəsaiti çərçivəsində layihənin həyata keçirilməsi məqsədi ilə sifarişçi təşkilat tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq cəlb edilmiş hüquqi və ya fiziki şəxsdir.
{nl}
2.8. İnvestisiya layihəsinin icrasının monitorinqi və qiymətləndirilməsi - layihənin icrası barədə məlumatların toplanılması, təhlili, xərclərə, müəyyən edilmiş qaydalara, tələblərə, prosedurlara riayət edilməsinin yoxlanılması və layihənin icrasının nəticələrinin qiymətləndirilməsidir.
{nl}
III. Dövlət İnvestisiya Proqramının tərtibi və icrası
{nl}
3.1. Dövlət İnvestisiya Proqramının (bundan sonra - Proqram) layihəsi ölkənin əsas makroiqtisadi göstəricilərinin proqnozları, ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyası və dövlət proqramları əsasında investisiya siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilir.
{nl}
3.2. Proqram, əsasən sifarişçi təşkilatların layihə təklifləri əsasında prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilmiş layihələrdən formalaşdırılır.
{nl}
3.3. Aşağıdakı qurumlar layihələr üzrə sifarişçi təşkilat qismində çıxış edə bilərlər:
{nl}
3.3.1. mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar;
{nl}
3.3.2. dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar;
{nl}
3.3.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti;
{nl}
3.3.4. nizamnamə kapitalında dövlətin payı olan müəssisələr;
{nl}
3.3.5. bələdiyyələr;
{nl}
3.3.6. büdcədənkənar dövlət fondları;
{nl}
3.3.7. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi digər müəssisə və təşkilatlar.
{nl}
3.4. İnvestisiya layihələrinin prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilməsi aşağıdakı qaydada həyata keçirilir:
{nl}
3.4.1. sifarişçi təşkilatlar sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərini İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər;
{nl}
3.4.2. investisiya təklifləri İqtisadi İnkişaf Nazirliyi tərəfindən qiymətləndirilir və müsbət rəy verilmiş layihələr prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilir. İnvestisiya təkliflərinin qiymətləndirilməsi bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən olunmuş meyarlar əsasında aparılır;
{nl}
3.4.3. sifarişçi təşkilatlar müsbət rəy verilmiş layihə üzrə texniki iqtisadi əsaslandırmanı, onun qiymətləndirilməsini və ya birbaşa layihə-smeta sənədlərinin hazırlanmasını təmin edirlər. Birbaşa layihə-smeta sənədləri hazırlanan investisiya təklifləri İqtisadi İnkişaf Nazirliyinin investisiya təklifinin qiymətləndirilməsinə dair rəyində qeyd olunur;
{nl}
3.4.4. müsbət rəy verilmiş layihə təklifləri üzrə texniki iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması sifarişçi təşkilatın öz vəsaiti, dövlət büdcəsinin vəsaiti, büdcədənkənar dövlət fondlarının vəsaiti, beynəlxalq təşkilatların və maliyyə qurumlarının vəsaiti və ya Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə müəyyən edilən digər mənbələr hesabına da maliyyələşdirilə bilər;
{nl}
3.4.5. texniki iqtisadi əsaslandırmanın və layihə-smeta sənədlərinin hazırlanmasının dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulduqda hər ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu bölməsində bu məqsəd üçün vəsait ayrılır. Layihə-smeta sənədlərinin hazırlanması ayrılmış vəsait çərçivəsində həyata keçirilir.
{nl}
3.5. Layihələrin növbəti büdcə ili və sonrakı üç il üçün tərtib olunacaq Proqrama daxil edilməsi məqsədilə sifarişçi təşkilatlar bu Qaydaların 3.6-cı bəndi ilə müəyyən olunmuş tələblərə uyğun olaraq prioritet layihələr üzrə əsaslandırma sənədlərini və məlumatları hər il mart ayının 1-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
{nl}
3.6. Sifarişçi təşkilatlar öz layihələrinin Proqrama daxil edilməsi üçün aşağıdakı sənədləri və məlumatları İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər:
{nl}
3.6.1. yeni layihələndirilən obyektlər üçün Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədlərini yaxud texniki iqtisadi əsaslandırma və texniki iqtisadi hesablamaları;
{nl}
3.6.2. layihənin maliyyələşdirilməsinə xüsusi, kredit, qrant və digər mənbələrdən vəsaitin yönəldilməsi barədə arayış;
{nl}
3.6.3. buraxılış layihələrini növbəlilik üzrə ayrıca əks etdirməklə, illər üzrə yeni və keçid layihələrin təsdiq edilmiş titul siyahılarını;
{nl}
3.6.4. keçid layihələr üzrə bağlanılmış müqavilələrin surətini;
{nl}
3.6.5. investisiya qoyuluşunun texnoloji strukturu, o cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə məlumatları;
{nl}
3.6.6. layihə və layihənin əsas texniki və iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihəqabağı aparılmış araşdırmalar barədə məlumatları.
{nl}
3.7. İqtisadi İnkişaf Nazirliyi layihələr üzrə təqdim edilən texniki iqtisadi əsaslandırma, texniki iqtisadi hesablama və layihə-smeta sənədlərinin təhlili əsasında dövlət investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirir. Zərurət yarandığı hallarda, müstəqil ekspertlər cəlb etməklə işçi qrupları yaradılır və qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.
{nl}
3.8. Layihələrin səmərəliliyinin qiymətləndirilməsi və ekspertizası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq təlimat əsasında aparılır.
{nl}
3.9. Layihələrin səmərəliliyinin qiymətləndirilməsi aparılarkən aşağıdakı göstəricilər (meyarlar) nəzərə alınır:
{nl}
3.9.1. investisiya layihələrinin əhəmiyyəti və onların qəbul edilmiş orta və uzun müddətli dövlət proqramları ilə müəyyən olunmuş ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə və prioritetlərinə uyğunluğu;
{nl}
3.9.2. investisiya layihələrinin icrasından gözlənilən sosial-iqtisadi səmərə;
{nl}
3.9.3. icrasına başlanılmış və icrası davam etməkdə olan layihələr;
{nl}
3.9.4. sifarişçi tərəfindən əlavə maliyyələşmə mənbələrinin cəlb edilməsi.
{nl}
3.10. Bu Qaydalarla müəyyən olunmuş tələblərə uyğun olmayan layihələr Proqrama daxil edilmir.
{nl}
3.11. Maliyyə Nazirliyi hər növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini mart ayının 31-dək, dəqiqləşdirilmiş məbləğini isə iyul ayının 20-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim edir.
{nl}
3.12. Təqdim olunmuş dövlət investisiya xərclərinin ilkin həcminə uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi keçid layihələri və sifarişçi təşkilatların təklifləri əsasında prioritet layihələrin siyahısına daxil edilmiş yeni layihələr və istisna hallarda prioritet investisiya layihələrinin siyahısına daxil olmayan, lakin icrası vacib olan layihə təklifləri əsasında növbəti büdcə ili və sonrakı üç il üçün Proqramın ilkin layihəsini hazırlayaraq, aprel ayının 15-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir.
{nl}
3.13. İqtisadi İnkişaf Nazirliyi iyul ayının 15-dək sifarişçi təşkilatlarla layihələr üzrə müzakirələr aparır və Proqramın layihəsini dəqiqləşdirir.
{nl}
3.14. Növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə Proqram layihəsi avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim olunur.
{nl}
3.15. İqtisadi İnkişaf Nazirliyi tərəfindən Proqramın dəqiqləşdirilmiş layihəsi sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
{nl}
3.16. Sifarişçi təşkilatlar cari il dekabr ayının 10-dək keçid layihələri barədə məlumatları müəyyən edilmiş formaya uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
{nl}
3.17. İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən hər il dekabrın 25-dək Proqrama daxil edilmiş və maliyyələşməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və onun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünün layihəsi hazırlanaraq növbəti ilin yanvar ayının 10-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
{nl}
3.18. Növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
{nl}
3.19. İnvestisiya layihəsinin icrası mövcud qanunvericiliyə uyğun olaraq sifarişçi tərəfindən təşkil olunur. Sifarişçi təşkilatlar Proqramın təsdiq edildiyi gündən bir ay müddətində müəyyən olunmuş qaydada layihələr üzrə təsdiq edilmiş icra planını (titul siyahısını) Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
{nl}
3.20. Maliyyə Nazirliyi Proqrama daxil edilən layihələrin maliyyələşməsinə dair aylıq məlumatları növbəti ayın 10-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim edir.
{nl}
3.21. Sifarişçi təşkilatlar layihələrin icrası ilə bağlı tərtib etdikləri rüblük və illik hesabatları İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edirlər. Rüblük hesabat növbəti rübün birinci ayının 25-dək, illik hesabat isə sonrakı ilin fevral ayının 1-dək təqdim edilir. Hesabat formaları İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən birgə hazırlanır və təsdiq edilir.
{nl}
3.22. Dövlət büdcəsinə yenidən baxıldıqda (dəqiqləşdirildikdə) Proqrama dəyişikliklər edilə bilər.
{nl}
3.23. Hər bir layihə üzrə cari il üçün təsdiq edilmiş xərcdən artıq işlərin yerinə yetirilməsinə yol verilmir.
{nl}
IV. Proqrama daxil olan layihələrin icrasının monitorinqi və qiymətləndirilməsi
{nl}
4.1. Proqrama daxil olan layihələrin icrasının monitorinqi və qiymətləndirilməsi mütəmadi olaraq sifarişçi təşkilat tərəfindən həyata keçirilir.
{nl}
4.2. Sifarişçi təşkilat layihələrin icrası ilə əlaqədar görülmüş faktiki işlərin layihə-smeta sənədlərinə uyğunluğunu, layihələrin icrasına ayrılmış vəsaitin istifadə vəziyyətini, layihələrin icrasının planlaşdırılan mərhələlərə uyğunluğunu araşdırır və nəticələri barədə rübdə 1 (bir) dəfə - növbəti rübün ilk ayının 20-dən gec olmayaraq İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə onlar tərəfindən hazırlanaraq təsdiq edilmiş “Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqinə dair xüsusi hesabat forması”na uyğun məlumat təqdim edir.
{nl}
4.3. İqtisadi İnkişaf Nazirliyi il ərzində Proqrama daxil olan layihələrin monitorinqinin nəticələri barədə sifarişçi təşkilatlardan daxil olmuş məlumatlar əsasında icmal hesabat hazırlayaraq növbəti ilin mart ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
{nl}
4.4. Zəruri hallarda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə birgə Proqrama daxil olan layihələrin icrasının monitorinqi aparıla bilər.
{nl}
4.5. Layihənin monitorinqinin aparılması prosesinə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər cəlb oluna bilər.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.