“Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 Azərbaycan Respublikasında dövlət investisiya qoyuluşunun səmərəliliyini artırmaq və Dövlət İnvestisiya Proqramının tərtibi və icrası prosesini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

{nl}

1. “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

{nl}

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

{nl}

2.1. qüvvədə olan normativ hüquqi aktların “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

{nl}

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

{nl}

2.3. bu fərmanın 1-ci bəndi ilə təsdiq olunan Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan dövlət investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi və ekspertizasına dair təlimatı hazırlayıb təsdiq etsin;

{nl}

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

{nl}

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

{nl}

3.1. “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 3.21-ci bəndində nəzərdə tutulmuş sifarişçi təşkilatların layihələrin icrası ilə bağlı rüblük və illik hesabat formalarını və 4.2-ci bəndində nəzərdə tutulmuş “Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqinə dair xüsusi hesabat forması”nı hazırlayıb təsdiq etsinlər;

{nl}

3.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər. 

{nl}

 

{nl}

İlham ƏLİYEV

{nl}

Azərbaycan Respublikasının Prezidenti

{nl}

Bakı şəhəri, 17 mart 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında